Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü və polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.

04 iyul 2016 | 16:00

02 iyul 2016-cı il  tarixdə Xocavənd qəsəbəsində  Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü və polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər. Rayon Polis şöbəsində davam etdirilən tədbirdə Azərbaycan polisinin keçdiyi 98 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan ətraflı söhbət açan Yadigar Hüseynov ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır.  Xocavənd rayonunun yeni prokuroru ədliyyə polkovniki Namiq Muradov çıxış edərək polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara çətin eyni zamanda şərəfli işlərində uğurlar arzulamışdır. Tədbirdə  çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, polis əməkdaşlarının torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında misilsiz rəşadət və şücaətlər göstərdiyini, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə müstəsna xidmətləri olduğunu bildirmişdir.  Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışan başçı, hazırda polis işçilərinin ölkəmizdə təhlükəsizliyin etibarlı təminatçısı olduğunu diqqətə çatdırmışdır. Başçı ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatların həyata keçirildiyini və hazırda Cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini qeyd etmişdir.

 

 

Keçidlər