Xocavəndlilər I Beynəlxalq Dolma Festivalında iştirak etmişlər.
13 iyul 2016 | 16:00
İyulun 1-də Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə I Beynəlxalq Dolma Festivalı keçirilib. Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub. Festivalda iştirak edən Xocavənd rayon komandası müxtəlif növ ləziz dolmaların hazırlanmasına görə 3-cü yerə layiq görülmüşdür. Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.