Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edildi.
5 iyul 2016-cı il tarixində Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edildi.Mərasimdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, ağsaqqallar və şəhid ailələri iştirak edirdilər. Mərasimdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov öncə iftar süfrəsinə qatılan ağsaqqları, şəhid ailələrini salamladı, onları Müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi. Başçı bildirdi ki, islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Natiq qeyd etdi ki, onu məcazi mənada “on bir ayın sultanı”da adlandırırlar. Ramazan ayının axırıncı on gecələrinin birində müqəddəs kitabımız olan "Qurani-Kərim"in bizə nazil olduğunu diqqətə çatdıran Eyvaz Hüseynov Azərbaycanda bu bayramın xüsusi önəminin olduğunu diqqətə çatdırdı. Başçı vurğuladı ki, bu müqəddəs ayda əvvəlcə bayram namazları qılınır, sonra isə fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. 1993-cü ildən Ramazan bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini bildirən natiq bu bayramın xalqımızın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşadığını vurğuladı. Mərasimdə iştirak edən ağsaqqallar, şəhid ailələri Müqəddəs Ramazan bayramında onlara göstərilən xüsusi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova öz minnətdarlıqlarını bildirdilər və belə bayramların tezliklə işğal altında olan torpaqlarımızda qeyd edilməsini arzuladılar.