Xocavənd rayonunda “Açıq kitabxana” layihəsinə start verildi.
Xocavənd Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 iyul 2016-cı il tarixdə Mədəniyyət və Turizim Nazirliyinin və Milli Kitabxananın layihəsi əsasında yaradılan "Açıq kitabxana" layihəsinə uyğun olaraq tədbir keçirildi. Tədbiri giriş sözü ilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva açaraq bildirdi ki, əhali arasında kitabların təbliği və kitabxanalara oxucuların cəlb edilməsi üçün əvəzsiz rol oynayacaq bu layihənin Xocavənd rayonunda start götürülməsi kitabsevərlərə veriləcək ən böyük töhfədir. Xocavənd rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şamama Hüseynova yeni layihənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, hazırda layihənin həyata keçirilməsi məqsədi ilə MKS-də “Açıq kitabxana”, “ Uşaq guşəsi” ,“Nəsillərə örnək şəxsiyyət” və digər guşələr yaradılıb. Oxucuların kitabxanaya cəlb edilməsi məqsədi ilə “Oxu məni” devizi altında yaradılmış guşə isə oxucuların daha çox marağına səbəb olacaqdır.“Açıq kitabxana” xocavəndlilər tərəfindən çox böyük maraqla qarşılanmış və gün ərzində 300–dən çox oxucu ziyarət etmişdir.