Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissədə keçirilən “Açıq qapı” günündə Xocavən rayon ictimaiyyəti, əsgər valideynləri və müharibə veteranları iştirak etmişlər.

11 sentyabr 2016 | 16:00

Qurban bayramı münasibətilə 11 sentyabr 2016-cı il tarixdə N saylı hərbi hissədə keçirilən “Açıq qapı” günündə  Xocavən rayon ictimaiyyəti, əsgər valideynləri və  müharibə veteranları  iştirak etmişlər. Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə etmişlər.Tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov bildirmişdi ki,  Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Natiq qüdrətli Azərbaycan ordusu sayəsində tezliklə itirilmiş Qarabağ torpaqlarının işğaldan azad ediləcəyini və soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdacaqlarını əminliklə qeyd etmişdir.Qurban bayramı münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən  hərbi hissəyə qurban payı verilmişdir

 

Keçidlər