“Multikulturalizm və Tolerantlığın Azərbaycan modeli” başlığı altında tədbir keçirilmişdir.
14 sentyabr 2016-cı il tarixdə Xocavənd rayon Təhsil şöbəsinin akt zalında “Multikulturalizm və Tolerantlığın Azərbaycan modeli” başlığı altında tədbir keçirilmişdir.“Multikulturalizm ili”nin qeyd edilməsi məqsədi daşıyan tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdim edilib. Tədbirdi giriş sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinovmultikulturalizmin ölkəmizdə dövlət siyasətinin ən önəmli istiqamətlərindən biri olduğunu söyləyib, Azərbaycanda multikulturalizm sahəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, Azərbaycanda multikultural dəyərlərin çox qədim tarixi vardır. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycandakı multikulturalizm modeli dünyaya nümunədir. Kitab Azərbaycan multikulturalizmini dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynayır.
Natiqlər multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında söz açaraq, bu modeli dünyaya təqdim etmək zamanının gəlib çatdığını bildiriblər. Onlar Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdırıblar.Çıxışlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı yüksək qiymətləndirilib. Qeyd edilib ki, Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək üçün bu kitab mükəmməl mənbədir. Kitabın müəlliflərindən biri, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Mövsüm Nağısoylu kitabı Azərbaycan ədəbiyyatının multikultural dəyərlər mənzərəsinin uğurlu göstəricisi, eyni zamanda, bu sahədə ilk sanballı mənbə kimi səciyyələndirib.Tədbirdə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizmin və multikulturalist dəyərlərin müstəsna rolu olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu xatırladan Aslan Quliyev, vətənimizdə dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşıldığını bildirmişdir. Natiq, sözdə dini və milli tolerantlıqdan bəhs edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların erməni vandalizminə heç bir münasibət bildirmədiklərini, islamı isə terrorçu din obrazında təqdim etməyə çalışdıqlarını təəssüflə qeyd etmişdir. Salakətin kənd tam orta məktəbinin tarix müəllimi Anar İbrahimov çıxış edərək bildirmişdir ki, vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Ulu Öndər bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: «Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var». Tədbirqarşılıqlıfikirmübadiləsişəraitindədavametdirilmişdir.