Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2016-cı il tarixdə Xocavənd rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” münasibətilə tədbir keçirilmişdir.

15 sentyabr 2016 | 16:00

15 sentyabr 2016-cı il tarixdə Xocavənd rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” münasibətilə  tədbir keçirilmişdir.  Salakətin kənd tam  orta məktəbində  keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov,  məktəbin müəllim-şagird kollektivi və valideynlər  iştirak etmişdir. Başçı çıxış edərək məktəbdə təhsil alan şagirdləri eyni zamanda məktəbə ilk qədəm qoyan birinciləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırdı.  E.Hüseynov həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır. Tədbir çərçivəsində Bilik Fondunun  təşkilatçılığı ilə Milli Elmlər Akademiyasının İnsan və Hüquq Azadlığı İnstitutunun elmi işçisi Emin Kərimov Salakətin kənd tam orta məktəbinin X-XI sinif şagirdlərinə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə oxumuşdur. Dərs zamanı  məktəblilərə vətən sevgisindən bəhs edilib, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi əvəzsiz fədakarlıqlardan, cənab Prezidentimizin yürütdüyü uğurlu daxili və xarici siyasətdən geniş söhbət açılmışdır. Dərsdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir.

 

Keçidlər