Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdi.
Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 30 sentyabr 2016-cı il tarixdə Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdi. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 12 sentyabr 2016-cı il tarixli 46 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsi haqqında” Tədbirlər planı”na uyğun olaraq keçirilən tədbirdə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi yad olundu, erməni hərbi birləşmələrinin Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşiliklər, rayonun özünümüdafiə dəstələrinin üzvlərinin göstərdiyi qəhrəmanlıqlar və başqa məqamlar barədə çıxışlar səsləndirildi, ayrı-ayrı gənclərin fikirləri dinlənildi. Gəncləri şəhidlərimizin əziz xatirəsini həmişə uca tutmağa səsləmək, ermənilərin Xocavənd rayonunda törətdikləri vəhşiliklər, xocavəndlilərin keçdikləri döyüş yolu və göstərdikləri qəhrəmanlıqlar barədə gənclərin məlumatlılığını daha da artırmaq, onlarda vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə təşkil olunmuş tədbirdə 96 nəfər iştirak etmişdi.