Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Günü

13 noyabr 2012 | 16:00

Məlumat üçün bildiririk ki, 12 noyabr 2012-ci il tarixdə saat 1000-da Konstitusiya Günü münasibəti ilə Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət Evində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən ziyalılar 12 Noyabr 1995-ci ilin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğulamışlar. Həmin gün bəşər tarixində ilk dəfə olaraq müstəqil, suveren Azərbaycan xalqı özünün Konstitusiyasını qəbul etdiyini bildirən natiqlər bu aktın hüquqi dövlət quruculuğunun təməli olduğunu qeyd etmişlər və bu sənədin təkcə 9 milyonluq Müstəqil Azərbaycan Respublikasının yox, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti kimi qiymətləndirmişlər.

Başçının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri
Ruslan Şirinov

 

Keçidlər