"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur aksiyasında iştirak edən məktəblilərin yola salınma mərasimi olmuşdur.
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur aksiyasında iştirak edən məktəblilərin yola salınma mərasimi olmuşdur. Şagirdlər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmişdir. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayacaqdır. O, qeyd etmişdir ki, bu aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsində, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillardan biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Azər Süleymanov və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirdilər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olacaqlar. Şagirdlər isə onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıq etdilər.Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla yola düşdülər.