Xocavənd qəsəbəsində baramaçılığın inkişafı ilə bağlı ting əkmə aksiyası keçirilmişdir.
05 dekabr 2016 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırığına uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə 5 dekabr 2016-cı il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində baramaçılığın inkişafı ilə bağlı ting əkmə aksiyası keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı aksiyada 2 ha əraziyə 10000 (on min) ədəd tut tingləri əkilmişdir.