Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində qanvermə aksiyası keçirilmişdir.

13 dekabr 2016 | 16:00

13 dekabr 2016-cı il tarixdə Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti, Mərkəzi Rayon xəstəxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə  təşkilatçılığı ilə Hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon sakinləri həvəslə iştirak etmişlər. Aksiyada iştirak edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov rayon sakinləri ilə bərabər qan vermişdir. Başçı çıxış edərək bu humanist tədbirin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, eyni zamanda hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkənlərə kömək etməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirmişdir.  Aksiyada 350 nəfərdən çox rayon sakini  iştirak etmişdir.

 

Keçidlər