Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni təqvim ilinin başlanması münasibətilə N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.

31 dekabr 2016 | 16:00

31 dekabr 2016-cı il tarixdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni təqvim ilinin başlanması münasibətilə  rayon ictimaiyyəti nümayəndələrinin iştirakıyla  N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  bayram münasibətilə  əsgər və zabitləri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Başçı Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin Prezident  Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirildiyini və hazırda beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin  respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, eyni zamanda  Ermənistan silahlı qüvvələrinin nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hər an hazır  olduğunu bir daha vurğulamışdır. Eyvaz Hüseynov 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərə toxunaraq, Ermənistan ordusunun təxribatının qarşısını almaq məqsədilə Milli Ordumuzun keçirdiyi uğurlu döyüş əməliyyatlarından danışmışdır. Sonda əsgərlərə bayram sovqatı paylanmış və konsert proqramı təqdim olunmuşdur.

 

Keçidlər