Şriftin ölçüsü :

Saytın rəngi :

Təmas xəttinin Xocavənd rayonundan keçən hissəsində növbəti monitorinq keçirilmişdir.

12 yanvar 2017 | 16:00

12 yanvar 2017-ci il tarixdə ATƏT  nümayəndələri Xristo Xristov, Saymon Tiller, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas  və  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşlarının iştirakı ilə təmas xəttinin Xocavənd rayonundan keçən hissəsində növbəti monitorinq keçirilmişdir. Monitorinqin keçiriləcəyi əraziyə getməzdən əvvəl nümayəndə heyyətinin  Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşü olmuşdur.Rayon İcra Hakimiyyətinin başçısı qonqları səmimi qarşılayaraq onları Qarabağda, öz doğma yurdlarımızda salamlayacağına ümid etdiyini bildirdi. Bunun üçün isə ilk növbədə ermənistanın işğalçılıq siyasətinə son qoyulması, işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunması və öz vətənində məcburi köçkünə çevirilmiş bir milyon insanın pozulmuş hüquqlarının bərpa olunmasının vacibliyini vurğuladı. Münaqişənin tarixi köklərinə diqqət çəkən Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bunu Siz də çox gözəl bilirsiniz ki, Azərbaycan  torpaqlarını, Dağlıq Qarabağı və ətraf yeddi rayonu Qarabağda yaşayan ermənilər işğal etməmişdir. Bütün bunların arxasında Ermənistan Respublikasının işğalçılıq siyasəti və onları dəstəkləyən  digər böyük güclər durur. Beynəlxalq təşkilatlar isə sanki bundan xəbərsizdirlər və çox təəssüf hissi ilə qeyd edirəm ki, hələ də bu ikili yanaşma davam edir və  işğala məruz qalanla işğalçı tərəf eyni tutulur. 1992-ci ildə yaradılan və münaqişənin həll olunması istiqamətindəki gələcək fəaliyyətinə böyük ümidlər bəslənən  ATƏT-in Minski qrupu da  bu günə kimi heç bir uğura imza atmamışdır. Belə olduğu halda isə bizim  yalnız  bir çıxış yolumuz qalır ki, öz qüvvəmizlə bu məsələni həll edək. 2016- cı ilin aprel döyüşləri bir daha göstərdi ki, dünya dövlətlərinin havadarlığı olmasa Azərbaycan ordusu istənilən vaxt öz torpağını azad etməyə qadirdir. Həmin döyüşlərdə Ermənistan ordusunun qəfil hücumunun qarşısını alaraq ona ordumuz  tərəfindən necə sarsıdıcı zərbənin vurulmasının şahidiyəm və bütün bunları mən öz gözlərimlə gördüm. Həmin döyüşlər zamanı Lələ təpə istiqamətdə məhv edilmiş erməni əsgərlərinin  meyidlərinin çıxarılmasına  Azərbaycan tərəfi şərait yaratdı və ATƏT-in iştirakı ilə ermənistana qaytarılması təmin edildi. Ancaq 12 gündür ki, Şəhid olmuş Azəbaycan əsgərinin nəşi  geri qaytarılmır . Yenə də nə  ATƏT nə də dünya dövlətlərindən heç biri ermənistana bir söz demir, öz iradlarını belə bildirmirlər. Nəhayət iki gün öncə ATƏT bu barədə, necə deyərlər “xala xətrin qalmasın” bir bəyanat verib. Bir daha qeyd edirəm ki, əfsuslar olsun ki, bu cür ikili standartlar hələ də  davam edir və bu halda münaqişənin ədalətli həllinə   nail olmaq mümkün olmayacaqdır. Daha sonra bölgədəki vəziyyətlə bağlı monitorinq iştirakçılarına ətraflı məlumat verən İcra Hakimiyyətinin Başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda  daha intensiv xarakter daşıdığını bildirdi.  Hərbiçilərlə yanaşı təmas xətinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə ilə məşğul olan mülkü şəxslər, onlara məxsus avtomobillər, mal- qara və atların ermənistan ordusu tərəfindən hədəf seçildiyi bildirildi.Bütün bunlara baxmayaraq bu bir reallıqdır ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa olsun öz ərazi bütövlüyünü təmin edəcəkdir.Görüşün sonunda  Rayon İcra Hakimiyyəti başçısına səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür edən monitorinq qrupunun üzvüləri  bir başa qoşunların Xocavənd rayonu ərazisindən keçən təmas xətinə yola düşdülər.

 

        


 

 

Keçidlər