”2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələr” barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat iclası keçirilmişdir.
”2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələr” barədə Rayon İcra Hakimiyyəti başçısının
H E S A B A T I
Ölkəmizdə dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, dövlətin beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndər Heydər Əliyevin səmərəli və gərgin fəaliyyəti sayəsində mümkün olmuşdur. Son illər bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, cənab Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir. Ötən dövr ərzində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının yaradılması istiqamətində islahatlar davam etdirilmiş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Milli inkişaf siyasətinin uğurla davam etdirilməsinin nəticəsi kimi, qətiyyətlə və uğurla həyata keçirilən davamlı, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı ötən il ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı sürətlənmiş, milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusunu qoruyub saxlamışdır.Bəşər tarixində daha çox siyasi gərginlik, iqtisadi böhran və sosial təlatümlər ili kimi yadda qalan 2016-cı ildə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər,neft gəlirlərinin azalması, dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənlik, mürəkkəb xarici iqtisadi mühit ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursunu qətiyyətlə davam etdirməsi sayəsində, eləcə də ölkədə struktur və institusional islahatların sürətləndirilməsi, fəal iqtisadi siyasətin həyata keçrilməsi,əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi,qeyri-neft məhsullarının ixracının artırılması və sənayenin artım sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan qlobal proseslərin təsirindən qorunmağa, itkilərini minimuma endirməyə və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail ola bilmişdir. Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya, postneft iqtisadi inkişaf modelinin dəstəklənməsinə yönəlmiş yeni strateji hədəflər və priotetlər öz əksini tapmışdır. Möhtərəm dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.Müstəqilliyimizin bərpasından sonra dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə ölkəmizdə yaradılmış davamlı ictimai-siyasi sabitliyin qorunub saxlanılması, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar, iri infrastruktur layihələrinin reallaşdırılmasının davam etdirilməsi daha çox diqqət mərkəzində olmuşdur. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir.Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Amma neftin ucuzlaşması ilə bağlı yaranmış durum Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirilməlidir. Ötən ilin yekunları da göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacarmış, yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik inkişafını dayandırmamışdır. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. 2017-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial-iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və gücünün sürətlə artması müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyllərinin, enerji bazarında davam edən qiymətlərin kəskin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Dünyada və bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz Azərbaycanın iqtisadi inkişafına da mənfi təsir göstərmışdir. 2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən biz görürük ki, ümumdaxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Ancaq ümumdaxili məhsul aşağı düşsə də digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmışdır ki, bu da böhranlı ildə aparılan islahatların nəticəsi olaraq qeyri-neft sənayesi üçün çox böyük göstəricidir.Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. Başqa sözlə, iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Azərbaycan bu gün Avrasiya məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Bu gün bütün dünyada iqtisadi böhran yaşanmasına, maliyyə çətinlikləri müşahidə olunmasına, gəlirlərimizin isə bir neçə dəfə aşağı düşməsinə baxmayaraq Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına ölkəmizə 8 milyard dollar xarici investisiya qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar səviyyəsində olmuşdur. Beləliklə, ümumilikdə ölkə iqtisadiyyatına keçən il cəmi 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Həyata keçirilən siyasətin əsas istiqamətlərini müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir. Xarici investorlar əsasən neft sektoruna üstünlük versələr də, ölkə üçün indi iqtisadiyyatın qeyri-neft sektoruna daha böyük həcmdə investisiyaların cəlb edilməsi, bunun hesabına əlavə müəssisələrin və iş yerlərinin yaradılması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmışdır.Azərbaycanda uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, əvvəlki illərdə yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Məhz bunun nəticəsidir ki, respublikamızın iqtisadi inkişafı, biznes mühitinin liberallaşdırılması və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müxtəlif beynəlxalq təşkilatlar və biznes qurumları tərəfindən müsbət dəyərləndirilir. Ötən il dünyanın aparıcı iqtisadi və mötəbər beynəlxalq iqtisadi-maliyyə qurumlarının hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, sərmayəçilər üçün əlverişli sərmayə imkanlarının təmin edilməsi və digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun-Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə MDB məkanında lider mövqeyini qorumuş, 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu göstəriciləri Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti, iqtisadi islahatları sayəsində əldə etmək mümkün olmuşdur. Hazırda bu yüksək templəri növbəti illərdə də saxlamaq və iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı etmək üçün bütün addımlar atılır.Heç də təsadüfi deyil ki, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Eyni zamanda bu uğurlara sevinməyən bəzi müxtəlif qeyri-hökumət təşkilatlarının hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaq olsa da, onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə verməmişdir.Dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün Azərbaycan dövləti qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Cənab Prezident İlham Əliyevin 2016-cı ildə qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın valyuta ehtiyatlarını, xüsusən də Neft Fondunun vəsaitini qorumaqdan ibarət idi. Qlobal maliyyə böhranının ölkəmizə təsirinə baxmayaraq, bu çətin vəzifənin öhdəsindən də layiqincə gəlmək mümkün oldu. Bu da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində əvvəlki illərdə atılmış addımlarla bağlıdır. Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Nazirlər Kabinetinin iclasında bu vəsaitin qorunması ilə bağlı konkret tapşırıq verən dövlət başçısı qeyd etmişdir ki, biz gələcəyi düşünərək uzunmüddətli strategiyamızı qururuq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq.Ümummilli liderin ənənələrinə sadiqliyini öz əməli işi ilə təsdiqləyən və bu siyasi kursu uğurla davam etdirən cənab Prezident İlham Əliyev sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirmiş və demişdir ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaqdır. Son illər dünya iqtisadiyyatında böhranın kəskinləşməsi səbəbindən bir çox ölkələrdə sosial proqramlarla bağlı sərt qənaət mexanizmləri işə salınsa da, bu hal özünü Azərbaycanda qabarıq şəkildə büruzə verməmişdir. Bunun əksinə olaraq, respublikamızda sosialyönümlü siyasət daha da gücləndirilmiş, insanların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə mənfi təsir etsə də iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra da görüləcək işlər, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxaraq, iqtisadi inkişaf tempi təmin etmişdir. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Ötən il sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və müasir texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və sosial-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Hesabat ili ərzində maaşlar 7 faiz, pensiyalar isə 8 faiz artmış və bu istiqamətdə müsbət dinamika davam etdiriləcəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, baş berən böhrana baxmayaraq keçən il bütün sosial proqramlar icra edilmiş, sosial sahəyə ayrılan vəsaitlərin həcmi artırılmış, ehtiyac içində yaşayan vətəndaşlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Eyni zamanda, sosial ədalətlə bağlı keçən il çox önəmli addımlar atılmış, xüsusilə kommunal sahədə həyata keçirilən yeni qiymət siyasəti ilə əlaqədar əhalinin aztəminatlı hissəsinin mənafeyi nəzərə alınmış, qaz və işıq sərfiyyatına görə diferensial qiymət mexanizminin tətbiqinə başlanılmışdır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2016-cı ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları möhtərəm Prezident İlham Əliyevin inkişaf modelinin alternativsiz olduğunu bir daha sübut edir. Əksər region ölkələrini iflic duruma salan maliyyə böhranının mənfi təzahürlərinin dəf edilməsi istiqamətində atılan çevik addımlar inkişafın Azərbaycan modelinin dayanıqlığını təsdiq edir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan inkişafı da iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Möhtərəm cənab Prezidentin ötən ildə regionlara mütəmadi səfərləri, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr regionların inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri fəaliyyətə başlamışdır. Hesabat ili ərzində sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmış, 485 məktəb təmir edilmiş, 29 yeni məktəb tikilmiş, 41 xəstəxana tikilmiş və ya əsaslı təmir edilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Həmçinin turizm sektorunun inkişafı üçün sonsuz imkanlara malik Azərbaycanın son illərdə paytaxt və bölgələrdəki şəhərləri dünyanın ən müasir, dinc və sakit yaşayış məskənləri kimi turistləri cəlb edir. Müasir dünya turizminin təcrübəsindən ciddi faydalanmaq, yenilikləri tətbiq etmək, yerli və xarici sərmayənin cəlb edilməsi ölkənin digər bölgələrində də turizmin inkişafına təkan verəcəkdir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, zəngin təbii gözəlliklər, əlverişli iqlim şəraiti ölkəmizin turizm baxımından cəlbediciliyini xeyli artırmışdır ki, bu da bütün dünya ölkələrindən 2016-cı ildə Azərbaycana gələn turistlərin sayının 11 faiz artmasına səbəb olmuşdur. Turizm axınının çoxalması nəticəsində son illər ölkəmizdə iqtisadiyyatın gəlirli sahələrindən sayılan turizmin inkişafı sahəsində də məqsədyönlü işlər görülmüşdür. Bu tendensiya ötən il də davam etmiş, ölkəmizdə 35 mehmanxana tikilmiş və onların sayı 500-ü ötmüşdür. Bununla belə, tələbatın getdikcə artması ilə əlaqədar hazırda yeni turizm obyektlərinin tikintisi davam etdirilir. Möhtərəm cənab Prezident tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, nəqliyyat-tranzit potensialının reallaşdırılması qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı olaraq yüksəlməsini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Həmçinin sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Daxili istehsalın stimullaşdırılması, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi kimi tədbirlər məqsədyönlü şəkildə davam etdirilmişdir. Ölkədə sənaye istehsalının gücləndirilməsi, texnoparkların, bütün regionlarda sənaye zonalarının yaradılması istiqamətində işlər davam etdirilmişdir. 2016-cı il ərzində ölkədə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Ötən il ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmiş, aqrar bölmənin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olmuşdur. Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvadarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır.Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi,kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın,mühərrik yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində dinamik inkişafın əldə edilməsini təmin edən amillərdəndir. Ötən il ərzində aqrar bölmədə görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması, məhsul istehsalının artırılması, əhalinin ekoloji təmiz ərzaqla, sənayenin isə xammalla təmin olunması xüsusi diqqət çəkib. Bu baxımdan kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafına, məhul istehsalının artırılmasına,sahənin məhsuldarlığının yuksəldilməsinə, heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, insanların yüksək keyfiyyətli, ekoloji təmiz, bioloji qiymətli,yüksək qidalılığa malik heyvanddarlıq məhsulları ilə təmin olunması gündəmdədir. Bu məqsədlə dövlət əhalinin ərzağa olan daxili təlabatını əsasən öz potensial imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar aparır. Ölkə iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini verən cənab Prezident İlham Əliyev bu il pambıqçılığın, baramaçılığın, fındıqçılığın inkişaf etdirilməsinin, xurma, nar, badam və zeytun bağlarının genişləndirilməsinin vacibliyini bildirdi. Dövlət başçısı qeyd etdi ki, tütün və üzüm istehsalının artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi bu sahədə ixrac imkanlarının genişləndirilməsinə imkan yaradacaqdır. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi, azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcəkdir. Son illər dünyanın ən sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilən Azərbaycan hazırda müstəqil siyasi-iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Dövlət başçısının həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Təsadüfi deyil ki, son illər mavi yanacağa getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyir. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına imkan yaradır. Məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Keçən il ərzində “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirilmiş, “Cənub” qaz dəhlizinin əsas tədarükçüsü olan “Şahdəniz-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri xeyli sürətləndirilmişdir. Artıq dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 90 faizi tamamlanmışdır. Bununla yanaşı, “Cənub” qaz dəhlizinin əsas bölümlərindən sayılan Trans-Anadolu (TANAP) layihəsinin böyük hissəsi icra edilmiş, Trans-Adriatik (TAP) boru kəməri layihəsinin icrasına başlanılmışdır. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihənin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirmişdir. Təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı, cənab Prezidentin gərgin zəhmətinin və siyasi məharətinin nəticəsi olaraq, Avropanın enerji təminatı ilə bağlı ilk andan tutduğu mövqeyinin nə dərəcədə düzgün olduğunu sübut etdi və son illər ərzində möhtərəm Prezident tərəfindən uğurla davam etdirilən enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərdi. Bunun ən bariz nümunəsi olan TANAP layihəsinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir. Ölkənin iqtisadi qüdrətinin artmasında və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi dəstək verməkdədir. Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Azərbaycanın dünya iqtisadiyyatına sıx inteqrasiyası istiqamətində nəqliyyat layihələri də mühüm yer tutur. Ötən il ölkəmizin nəqliyyat sektorunda mühüm hadisələr baş vermiş, Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Dövlət başçısının göstərişi ilə İran sərhədinə qədər dəmir yolunun çəkilişi ilin sonunadək başa çatdırılıb, Astaraçay üzərində körpü istifadəyə verilmişdir. Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir. Azərbaycana böyük gəlirlər gətirəcək nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı ciddi tədbirlərin görülməsi, ölkənin regionun tranzit mərkəzi statusunun möhkəmləndirilməsi öz bəhrəsini verəcəkdir. Hesabat ili ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmışdır. Müasir gərgin şəraitdə təbii ki, hər bir ölkənin ilk növbədə daxili resurslara arxalanması, öz təhlükəsizliyini daha da möhkəmləndirməsi əsas problem kimi aydın görünür. Dünyada yaşanan maliyyə və iqtisadi böhran iqtisadi modeldə müəyyən düzəlişlərin aparılmasını mühüm tələb kimi qarşıya qoyur. Azərbaycan da bu yolla gedir və düşünülmüş siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil siyasət yürüdür. Son illər Respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Bu islahatların tərkib hissəsi olaraq cənab Prezidentin təşəbbüsü ilə dörd il öncə Azərbaycanda yeni qurum “ASAN xidmət” təsis edilmişdir. “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olmuşdur. Qeyd etmək lazımdır ki, orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, eyni zamanda cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə ictimai xidmətlər sahəsində işlər uğurla davam etdirilmiş, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatmışdır. Son illər ərzində ümumilikdə “ASAN xidmət”ə 13 milyon müraciət olmuş, vətəndaşların bəyənmə əmsalı isə təxminən 100 faizə yaxındır. Bu da ictimai xidmətlər, ümumiyyətlə, ictimai münasibətlər sahəsində bir inqilab idi və bu, artıq Azərbaycan brendinə cevrilmişdir. Artıq bəzi ölkələr bizim təcrübəmizi tətbiq etməyə başlamışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla davam etdirilmişdir. Ötən dövr ərzində Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini vermiş, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranmışdır. 2016-cı ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilmiş və genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən "ASAN xidmət" konsepsiyası dövlət xidmətlərinin səmərəliliyinin artırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, həmçinin, korrupsiya və rüşvətxorluğa qarşı effektiv institusional vasitə kimi çıxış edir. Son dövrdə korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması məqsədilə müvafiq qanunverecilikdə bir sıra dəyişikliklər edilməklə bu sahədə görülən işin səmərəliliyi yüksəlmiş, xüsusilə, profilaktiki fəaliyyətin, əks-təsirin gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilməyə başlanmış və hazırda uğurla davam etdirilir.Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımıza daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bir daha göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır. Ölkəmizin ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2016-cı ildə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş “Dövlət Proqramları” və ona “Əlavələr”in icrası uğurla davam etdirilmişdir. Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün zəruri addımlar atılmış, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam etdiriləcək, qaçqın və məcburi köçkünlərin vəziyyəti daha da yaxşılaşdırılacaqdır. Ölkə həyatının bütün sahələrində olduğu kimi, 2016-cı ildə Azərbaycan idman sahəsində də böyük uğurlar əldə etmişdir. Paytaxtda və regionlarda ən müasir Olimpiya İdman Kompleksləri tikilmiş, dövlət səviyyəsində idmana göstərilən qayğı və ölkədə ən müasir infrastrukturun yaradılması gənc nəslin idmana olan marağını böyük dərəcədə artırmışdır. İdmançılarımızın ən mühüm beynəlxalq idman tədbirlərində uğurlu iştirakı bu gün artıq yaxşı ənənəyə çevrilib və bu ənənənin davamı olaraq Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə dünyada 14-cü, Avropada 7-ci, postsovet məkanında 2-ci, müsəlman ölkələri içərisində isə birinci yeri qazanmışdır. Son illər ərzində Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdəki reytinqinin göstəricisidir. İlk Avropa Oyunlarından sonra 2016-cı ildə Bakıda dünyada 500 milyon insanın izlədiyi Formula-1 Qran-Pri yarışları və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Bu il yenidən beynəlxalq idman aləminin diqqəti Azərbaycanda olacaq, 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. İdman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcək bu tədbirlər həm də Azərbaycana gələn turistlərin sayını xeyli dərəcə artıracaq, bununla da ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi işinə də xidmət göstərəcəkdir. Son illər ölkədə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində dünyanı maliyyə və iqtisadi böhran, qarşıdurmalar, getdikcə alovlanan münaqişələr bürüdüyü bir vaxtda Azərbaycanda davamlı ictimai-siyasi sabitliyin hökm sürməsi, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində qətiyyətli addımların atılması xalqın gələcəyə olan inamını daha da artırır. Eyni zamanda, nüfuzlu qurumların öz tədbirlərini Azərbaycanda keçirmələri dünya birliyində ölkəmizə olan inam və etibarın təzahürüdür. “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının, IV Qlobal Bakı Forumunun, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin, Azərbaycan-Rusiya-İran prezidentlərinin Zirvə görüşünun keçirilməsi üçün Azərbaycana üstünlük verilməsi dünya birliyində bizə olan etimadın bariz nümunəsidir. Həmçinin Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatlar da xüsusi qeyd olunmalıdır. Keçən il ümumilikdə ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Hesabat ilində dünyada baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm dövlət başçısı keçən il ərzində ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin aparıcı istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Son zamanlar dünya məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.Möhtərəm cənab Prezidentin məqsədyönlü, qətiyyətli, siyasi fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri, barabərhüquqlu və əməkdaşlıq prinsipləri əsasında yürüdülmüş, Azərbaycanın suveren, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət etmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirməsi sayəsində ölkənin hərbi potensialı 2016-cı ildə daha da möhkəmlənmiş, Azərbaycan təmas xəttində tam üstünlüyünü təmin etmiş və öz iradəsini diktə etmişdir. Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev son illərdə bu sahədə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaratmışdır. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Ötən il bütün böhranlara, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, ordumuz ən müasir silah-sursat, texnika ilə təmin edilmiş, hərbi potensialımız kifayət qədər gücləndirilmişdir. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistanla müharibənin başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir. Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolu hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı prioritet vəzifədir. Bu sahədə uzun illər aparılan danışıqların və ATƏT-in həmsədr dövlətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərin nəticələri də təsdiqləyir ki, Azərbaycan həmişə münaqişənin tənzimlənməsində sülh variantına üstünlük verib və bu gün də həmin mövqedədir. Keçən il aprel döyüşlərinə qədər həmişə müxtəlif bəhanələrlə görüşdən yayınan Ermənistan bu dəfə görüş keçirilməsinə dərhal razılıq vermişdi. Bunun əsas səbəblərindən biri “dördgünlük” müharibədə Ermənistan silahlı qüvvələrinin 20 ildən artıq işğal altında saxladıqları Azərbaycan ərazilərindən böyük itkilər verərək qaçmaları, ordumuzun gücü qarşısında aciz qalmaları idi. Artıq ermənilər də başa düşmüşdülər ki, Dağlıq Qarabağ probleminin həllində sülh yolundan başqa alternativ yoxdur. Azərbaycan Ordusunun aprrel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk Qrupu konstruktiv danışıqlar məcrasına qayıtmaq üçün rəsmi İrəvana təzyiq göstərdi. Bu görüşdə Azərbaycanın üstünlüyü ondan ibarət olmuşdur ki, aprel döyüşlərindən sonra ilk dəfə olaraq, Rusiya Qarabağ münaqişəsində bizi dəstəklədi. Aprel döyüşləri Ermənistanın idarəçilik sisteminə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından çox böyük zərbə oldu. Ermənistan hakimiyyətinin 20 il ərzində formalaşdırdığı “məğlubedilməzlik” sindromu darmadağın oldu və əslində aprel döyüşləri Ermənistanın hərbi-siyasi gücünün çox zəif olduğunu bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyev keçən il aprel ayında Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini söyləyərək aprel döyüşlərinin tariximizin şanlı səhifəsi olduğunu vurğulamışdır. Bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavab vermiş, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desək, iki min hektardan artıq torpağı azad etmışdır. Aprel döyüşlərindən sonra vasitəçilərin bir qədər fəallaşdıqlarını, may-iyun aylarında görüşlər keçirildiyini bildirən dövlət başçısı deyib: “Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur”. Azərbaycan qısa müddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi mesaj verdi ki, danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına əsasən ən qısa müddətdə öz torpaqlarını azad etmək,ərazi bütövlüyünü təmin etmək əzmindədir. Keçən il Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələrinin dünya dövlətləri tərəfindən tanınması Azərbaycan dövlətinin demokratiyaya sadiq olduğunu bir daha nümayiş etdirmiş, digər tərəfdən isə referendumun nəticələri cənab Prezident İlham Əliyev tərəfindən aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəyin bariz nümunəsidir. Bu gün ölkəmizdə sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir və Azərbaycanda xalqla iqtidar arasında birliyin möhkəm olması bizim uğurlu inkişafımızı şərtləndirir. Ümumiyyətlə, son illər ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın, demokratik prinsiplərin və obyektivliyin yüksək səviyyədə təmin olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Ölkədə milli mədəniyyətin, klassik irs və milli-mənəvi dəyərlərin mühfizəsi istiqamətində həyata keçirilən tədbirlərin praktik nəticələr verməsində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun qorunmasıdır. Fəaliyyətə başladığı gündən etibarən Heydər Əliyev Fondu Azərbaycanda və dünyada humanitar, sosial problemlərin həlli, ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Azərbaycan qədimdən Qərb və Şərq sivilizasiyalarını həm geosiyasi, həm də mənəvi baxımdan birləşdirən, bütün ölkələr və xalqlarla sülhsevər siyasətə sadiq, ən müxtəlif millətlərin və konfessiyaların nümayəndələrini dini dözümlülük və qarşılıqlı anlaşma ruhunda birləşdirən çoxmillətli dövlətdir. 2016-cı “Multikulturalizm ili”ndə cənab Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə dövlətin multikultural siyasətinin reallaşması istiqamətində həyata keçirilmiş tədbirlərin, icra olunmuş layihələrin cəmiyyətin inkişafına, ictimai düşüncənin milli dəyərlər əsasında formalaşmasına və möhkəmlənməsinə, xalqımızın tolerant düşüncəsinin nümunə kimi təqdim olunmasına töhfə vermiş, dövlətimizin multikulturalizm modelinin mükəmməl formada təkmilləşməsinə təkan vermişdir. Bu il Azərbaycanda böyük siyasi, mədəni-ictimai və idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi doğrudan da həm bizə verilən böyük qiymətdir, həm də ki, bizim üçün böyük şərəfdir. Bu, bir daha Azərbaycanı müstəqil, öz milli-mənəvi dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaqdır. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik və bu İslam aləmini birləşdirilməsi istiqamətində atılan ən uğurlu addımlardan biri olacaqdır. 2017-ci ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi ölkə başçısının Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsindən, xalqımızın milli-mənəvi və dini dəyərlərindən, multikultural yaşam tərzindən köklənən şəxsi mövqeyinin parlaq nümayişi, Azərbaycanın dövlət siyasətində məntiqi davamlılığın danılmaz göstəricisi, xalqımızın tolerantlığı, insanpərvərliyi və sülhsevərliyinin bariz nümunəsidir. Tarixdə ilk dəfə olaraq, İslam dünyasına təkcə din ətrafında birliyə deyil, ilk növbədə ümumbəşəri dəyərlərin qorunması, sülh və əmin-amanlığın, sabitlik və təhlükəsizliyin möhkəmlənməsi, insanların sosial rifahının yüksəlməsi naminə həmrəyliyə çağırış səsləndi. 2016-cı ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən yolun çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. “2015-ci ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 11 fevral 2016-cı il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Yeni Xocavənd qəsəbəsinin daxili yolları qum-çınqıl örtüyü ilə təmir edilmiş, Xocavənd 4 saylı, Salakətin kənd tam orta, Qaradağlı ümumi, 6 və 7 saylı ibtidai məktəblərdə təmir işləri aparılmış, Xocavənd qəsəbəsinin abadlaşdırılması və İdman zalının tikintisi işləri isə davam etdirilir. Eyni zamanda 320 ailəlik qəsəbədə 20 nəfərdən ibarət “Qarabağ xalçaları” layihəsi çərçivəsində xalçaçılıq, həmçinin 20 nəfər iştirakçısı olan tikiş kursları təşkil olunmuş, həmin kursların davam etdirilməsi və xalça istehsal edən sexin fəaliyyətinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulmuşdur. “Dövlət Proqramı”na uyğun olaraq Beyləqan rayon ərazisində Xocavənd rayonundan olan məcbruri köçkünlər üçün salınmış 320 ailəlik qəsəbədə məskunlaşmış sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə hər bir ailəyə nəzərdə tutulmuş 0.60 ha torpaq sahəsinin ayrılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktubla müraciət edilmiş, artıq sakinlərə həmin torpaq sahəsinin paylanılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nəzərdə tutulmuş ərazinin ölçülməsi işlərinə başlanılmış və yaxın günlərdə qəsəbə sakinlərinin torpaq sahəsi ilə təmin edilməsinə başlanılacaqdır. Hesabat dövrü ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi davam etdirilmiş, rayon üzrə 1150 ədəd həmişəyaşıl ağac və gül kolları əkilmiş və bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Keçən il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Respublikamızda kənd təsərrüfatının, eləcə də baramaçılığın inkişafı ilə bağlı xeyli işlər görülmüşdür. Xocavənd rayonunda da baramaçılığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmi edilməsi məqsədilə Xocavənd qəsəbəsi ərazisində 10 min ədəd tut tingi əkilmişdir. Hesabat dövründə Rayon Məşğulluq Mərkəzinə 206 nəfər(75 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 111 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 13 nəfərə işsizlik statusu verilərək qanunamüvafiq qaydada müavinət təyin edilmişdir. 01 yanvar 2017-ci il tarixə idarə, müəssisə və təşkilatlar tərəfindən verilən boş iş yerləri haqqında hesabat formasına əsasən rayon üzrə 70 vakant boş iş yerləri mövcuddur. 07 aprel 2016-cı il tarixdə “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayon üzrə özünüməşğulluq fəaliyyətinə cəlb olunması üçün 12 nəfər işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb edilmişdilər ki, onlar 2 aylıq təlim kurslarını başa vurduqdan sonra öz bizneslərinin müdafiəsi üçün Bakı şəhərində olmuş və onlardan 10 nəfəri öz biznes planını musbət müdafiə etmişilər. Biznes planını müsbət müdafiə etmiş şəxslərə biznes planlarında nəzərdə tutlmuş aktivlərin alınması üçün lazimi işlər görülmüş yaxın zamanlarda həyata kecirilməsi nəzərdə tutulmuşdur. Rayonun xidməti fəaliyyət göstərdiyi ərazidə əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 2016-cı ildə 23 nəfər yeni açılmış iş yerində müvafiq işlə təmin edilmişdir. 2016-cı il ərzində rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 5131.9 min manata qarşı 5084.2 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 99 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 716.0 min manat proqnoza qarşı 747.0 min manat icra olunmuşdur ki, bu da proqnozun 104.3 %-ni təşkil edir. 2016-ci ilin illik xərci 11677.0 min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 811.5 min manat çox olmuşdur. Ötən il rayon üzrə orta aylıq əmək haqqı 263,6 manat təşkil etmişdir.
Vergi
Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən il ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 747 min manat proqnoza qarşı 797.7 min manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş və proqnoza 106.6 faiz əməl olunmuşdur. Hal-hazırda Xocavənd Rayon Vergilər şöbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 920 nəfər fiziki şəxs, 134 nəfər isə hüquqi şəxs kimi qeydiyyata durmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərdən 453-ü aktiv, 467-i passiv, hüquqi şəxslərdən 50-i aktiv, 84-ü isə passiv fəaliyyət göstərir. Bu günə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan istər fiziki, istərsə də hüquqi şəxslərin fəaliyyətinə qeyri-qanuni müdaxilə olunmamışdır.“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə poçt, bank və maliyyə xidmətləri göstərmişdir. 2016-cı il ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafı və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müvafiq işlərin görülməsi nəticəsində filial üzrə illik tarif gəliri tapşırığı 107 faiz yerinə yetirilmişdir. Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrində yaşayan məcburi köçkünlərin telefonla təmin edilməsi üçün yeni ATS binasının tikintisinə başlanılmış və bu istiqamətdə işlər davam etdirilir.
Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
2016-ci il ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2159 (2015-ci ildə 2035 baş), o cümlədən inək və camışlar 1117 baş (2015-ci ildə 1073 baş), qoyun və keçilər 16004 baş (2015-ci ildə 15200 baş) olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı(diri çəkidə) 4806,0 sentner (2015-ci ildə 3050,0 sentner),süd istehsalı(fiziki çəkidə) 22000,0 sentner(2015-ci ildə16796,0 sentner), yumurta istehsalı(min ədəd)427,0 ədəd (2015-ci ildə 295,0 ədəd), yun istehsalı (fiziki çəkidə) 495,0 sentner (2015-ci ildə 362,0 sentner) olmuşdur. Bundan başqa 5883,9 hektar buğda sahəsindən 17722,14 ton məhsul əldə olunmuş, hər hektara 30,1 sentner, 248,5 hektar arpa sahəsindən 646,126 ton məhsul əldə olunmuş, hər hektara 26,0 sentner, 17,0 hektar kartof sahəsindən 195,5 ton məhsul əldə olunmuş, hər hektara 115,0 sentner, 86,6 hektar tərəvəz sahəsindən 820,6 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektara 95,0 sentner məhsul deməkdir.Hesabat dövründə rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrlə təmin olunması üçün birgə tədbirlərin həyata keçirilməsi məqsədilə 399,4 ton mineral gübrə gətirilərək 70 faiz güzəştli qiymətlə rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.Rayon ərazisində becərilən kənd təsərrüfatı bitkilərinin xəstəliklərdən və ziyanvericilərdən qorunması ilə əlaqədar Dövlət Fondu torpaqlarında aparılan müşahidələr zamanı 4133,0 hektarda siçanabənzər gəmricilər aşkar edildiyi üçün Respublika Bitki Mühafizəsi Mərkəzindən dövlət hesabına 300,0 kq sink-fosfid preparatı alınıb gətirilərək hər hektara 0,75 qr hesabı ilə aldadıcı yem hazırlanaraq gəmricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmış və 85-90 faiz ziyanvericilərin məhvinə nail olunmuşdur. Taxıl sahələrində alağa qarşı 2100,0 hektar sahədə 40 faizli 2.4 D amin duzu preparatı ilə hektara 2 litr təsiredici doza hesabı ilə kimyəvi mübarizə aparılmışdır.
Əhalinin sosial müdafiə məsələləri
Hesabat dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında DSMF Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri işlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2016-cı il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 1055.3 min manat, o cümlədən 990.4 min manat büdcə 64.9 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 990.4 min manata qarşı 904.1 min manat (91.0%), qeyri-büdcə üzrə 64.9 min manata qarşı 45.2 min manat (70%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 89.0 faiz əməl olunmuşdur.01 yanvar 2017-cı il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1117 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1022 nəfəri işləməyən, 95 nəfəri isə işləyən təqaüdçülərdir. İl ərzində işləyən və işləməyən əhaliyə müavinətlərin ödənilməsi üçün 2368.8 min manat vəsait xərclənmişdir. Keçən il ərzində vətəndaşlar tərəfindən ƏƏSMN-nin yanında DSMF Xocavənd Rayon Şobəsinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və ünvanlı sosial yardım almaq üçün müraciət edən 26 nəfərə, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) üzrə isə 54 nəfərə təyinat aparılmışdır. Ümumilikdə isə keçən il ərzində 136 ailə olmaqla 571 nəfərə ÜDSY verilmişdir. Şəhid ailələrinə təyin edilmiş 220 manat Prezident təqaüdü üçün 61 şəhid ailəsinə 161040 manat təyinat aparılmışdır. İl ərzində Mərkəz 571 nəfərə sosial müavinət vermişdir ki, onlardan 1 nəfəri yaşa, 19 nəfəri ailə başçısını itirdiyinə, 119 nəfər əlilliyə görə, eləcə də 70 nəfəri 18 yaşadək əlil, 297 nəfəri isə müharibə veteranı olmuşdur. 01 yanvar 2017-cı il tarixə büdcədən Mərkəzə sosial və uşaq müavinətlərinin ödənilməsi məqsədilə 577171.0 manat vəsait daxil olmuş və müavinət alan 571 nəfərə faktiki xərc edilmiş, Mərkəzin müavinət alanlara ödənilməmiş borcu olmamışdır. Əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi və qaz ilə təminatı məqsədi ilə “Xocavənd”, “Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi və qaz hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış qərargah üzvləri tərəfindən mütəmadi nəzarət olunur.
İctimai-siyasi və humanitar məsələlər
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur. Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir. Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülmüşdür. 2016-ci il ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır. 2016-2017-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 2052 nəfər (2015-2016-ci tədris ilində 1921) şagirdin təlim-tərbiyəsi ilə 310 müəllim məşğul olmuşdur. Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2016-ci il ərzində rayon və respublika səviyyəli müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2016-ci ilin yanvar ayında Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmişdir. Turnirin nəticələrinə uyğun olaraq 16 şagird yüksək nəticə göstərərək yarımfinala vəsiqə qazanmışdır. 11 mart 2016-cı il tarixdə Bakı şəhərində Dağlıq Qarabağ İcmasının Qarabağ bölgəsinin şahmatçıları arasında təşkil etdiyi şahmat yarışında Tahirov Abbas David oğlu və Nəzərov Səyyad Mətləb oğlu I yerə (200 manat pul mükafatı), Tahirova Fidan David qızı və Quliyev Elnur Adil oğlu III yerə (100 manat pul mükafatı) layiq görülərək Təhsil Nazirliyi və Dağlıq Qarabağ İcmasının diplomu ilə mükafatlandırılmışlar. Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinin zona yarışında Xocavənd komandası III yerə layiq görülmüşdür. “Milli mənəvi dəyərlərimiz haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsində Salakətin kənd tam orta məktəbinin XI sinif şagirdi Quliyeva Vüsalə Barat qızı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən tərifnaməyə layiq görülmüşdür.Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində xocavəndli məktəblilər də iştirak etmişdir. 16-19 mart 2016-cı il tarixlərində Lənkəran-Astara-Lerik, 24-27 mart və 12-15 noyabr tarixlərində isə Quba-Qusar-Xaçmaz marşrutu üzrə ümumilikdə 63 nəfərin maarifləndirici tur-aksiyada iştirakı təmin edilmişdir.2015-2016-cı tədris ilində IX və XI siniflərdə keçirilmiş buraxılış imtahanlarında IX sinfi bitirmiş və imtahanda iştirak etmiş 169 şagirddən 90 nəfəri 56,96 % (ötən tədris ilində 48.57%), XI sinif üzrə isə 113 şagirddən 70 nəfəri, yəni 61,95%(2015-ci ilin müvafiq dövründə 59.63%) müsbət qiymət almışdır. Buraxılış imtahanlarında 2 saylı tam orta məktəbinin şagirdləri yüksək nəticə əldə etdiyi halda, Axullu 10 saylı ümumi orta, Xocavənd 3 saylı, Xocavənd kənd 1 saylı, Muğanlı kənd 1 saylı tam orta məktəbləri Respublika üzrə göstəricilərlə müqayisədə çox aşağı nəticə göstərmişdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi, təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, məktəbəqədər təhsil üzrə nümunəvi kurrikulumların tətbiqi qarşıda duran əsas vəzifələrdir. 2016-2017-ci tədris ilindən 5 yaşlı uşaqların məktəbə hazırlıq təhsili təşkil edilərək fəaliyyətə başlamışdır ki, ümumulikdə 7 məktəb üzrə 101 nəfər 5 yaşlı uşaq həmin məktəbəhazırlıq qruplarına cəlb edilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası ilə birgə rayon əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlamışdır. Rayon Mərkəzi Xəstəxanası və ona tabe olan sahə, kənd tibb məntəqələrində 29 ali təhsilli müxtəlif ixtisaslı həkim və 100 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 38 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik tərtib olunmuşdur. Hesabat dövrü ərzində 18 yaşdan yuxarı 6368 nəfər pulsuz tibbi müayinədən yararlanmışdır ki, onların da 56 nəfəri ambulator müalicəyə, 15 nəfər stasionar müalicəyə cəlb olunmuş, 5 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr lazımi dərman preparatları ilə təmin olunmuşdular. 13 dekabr 2016-cı il tarixdə Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə hemofiliya, talassemiya və leykemiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə keçirilmiş qanvermə aksiyasında 350 nəfərdən çox rayon sakini iştirak etmişdir.Hesabat ilində rayonda əhalinin asudə vaxtlarının səmərəli keçirməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə 1 rayon, 6 kənd mədəniyyət evi, 8 kənd kulubu, 1 Rayon Mərkəzi Kitabxana Sistemi, 4 kitabxana filialı və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edilmişdir. 2016-ci il ərzində rayon mədəniyyət müəssisələri tərəfindən müxtəlif mövzularda tədbirlər keçirilmiş,bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə kənd kitabxana filialları Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək 7 şöbədən ibarət Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi yaradılmışdır. “Dövlət Proqramı”na uyğun uyğun olaraq www.khojavend.cls.az internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə isə kitabxanaların kitab fondunda 43,08 min nüsxə kitab mövcuddur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən, dünya kitabxana sistemləri ilə inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur. 2016-ci il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsi təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Xocavənd Rayon Gənclər və İdman İdarəsi 2016-cı il ərzində rayon idmançılarının, yeniyetmə və gənclərin respublika və zona səviyyəli bir sıra idman yarışları və gənclərlə bağlı tədbirlərdə iştirakını təmin etmişdir.01-25 avqust 2016-cı il tarixlərində Koreya səfirliyi və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koreyalı idmançılar tərəfindən taekvando idman növü üzrə məşqlər keçirilmiş və 48 nəfər uşaq və yeniyetmə idmançıya sertifakat verilmişdir. Gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə zona seçim turunda Xocavənd rayon komandası III yeri tutmuşdur. Hacıqabul rayonunda keçirilən orta məktəb şagirdləri arasında “Şahin” hərbi-idman oyununun zona birinciliyində Xocavənd rayon komandası III yeri əldə etmişdir.Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.Hesabat dövründə ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda,habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması təşkil olunmuşdur.Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart, Qaradağlı və Xocalı soyqırımlarına həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.7 mart 2016-cı il tarixdə “Hazar” Strateji Araşdırmalar İnstitutunun həyata keçirdiyi “Qarabağ xalçaları” layihəsi çərçivəsində keçirilmiş tədbirdə rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 11 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocavənd qəsəbəsi Bayraq Meydanında “Qarabağa yaz gələcək” devizi altında ordu ilə xalqın birlik bayramı keçirilmişdir. Milli Məclisin deputatlarının, hərbi qulluqçuların, Bakı şəhəri və respublikanın bir sıra rayonlarından gəlmiş qonaqların, Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrin nümayəndələrinin iştirak etdiyi bu təntənə əsl vətənpərvərlik bayramına çevrilərək ordu ilə xalqın sıx birliyini bir daha nümayiş etdirmişdir.15 aprel 2016-cı il tarixdə “Hazar” Strateji Araşdırmalar İnstitutunun nümayəndələri və Türkiyənin NTV televiziyasının əməkdaşları Xocavənd rayonuna bir daha səfər etmişlər. Səfər zamanı qonaqlar 320 ailəlik qəsəbədə xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış olmuş, layihənin daha da genişlənməsi, təbliği və xalça sexinin açılması ilə bağlı fikir mübadiləsi aparmışlar.20-22 may 2016-cı il tarixlərində Koreya Respublikasının Azərbaycandakı səfirliyi, SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sabaha sağlam ruhla” layihəsi həyata keçirilmişdir. Xocavəndli məcburi köçkünlərə dəstək məqsədi daşıyan layihədə 220 nəfərdən çox sakin şərq təbabəti ilə müalicə olunmuş, şagirdlər arasında “Sehrli nağıl” rəsm müsabiqəsi keçirilmiş və koreya filminin nümayişi olmuşdur.26 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü münasibətilə “Ordumuz-qürurumuz” adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir.08 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocavənd qəsəbəsindəki Bayraq Meydanında "Bayrağım-varlığım, bəxtiyarlığım" devizli tədbir təşkil olunub. Tədbirdə millət vəkili, ali məktəblərin bir qrup əməkdaşı, rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və ərazidə xidmət edən N saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak etmişdir.Hər il olduğu kimi bu il də bayram günlərində rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət evi ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.Hesabat dövründə rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.14 sentyabr 2016-cı il tarixdə “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” başlığı altında keçirilmiş tədbirdə məqsəd gənclərin qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini, eyni zamanda nümunəvi dövlət-din münasibətlərinə əsaslanan prinsiplərə səsləməkdən ibarət olmuşdur. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal-hazırda öz sıralarında 938 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 530 nəfərini qadınlar, 446 nəfərini isə gənclər təşkil edir. Hesabat dövrü ərzində 114 nəfər partiya sıralarına qəbul olunmuşdur. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.2016-cı ildə keçirilmiş Referendumda vətəndaşların olduqca fəal iştirakı və təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibəti ona dəlalət edir ki, ümumxalq səsverməsinə çıxarılan məsələlər cəmiyyətin sosial sifarişini əks etdirir. Ümumxalq səsverməsində Xocavənd rayonunda on məntəqə üzrə 5729 seçici olmaqla, cəmi isə 7794 seçici seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, rayon üzrə seçicilərin ümumi sayının 74.3 faizi səsvermədə iştirak etmişdir. Xocavəndlilər referenduma çıxarılan məsələlərə “hə” deməklə dövlətimizin başçısının uğurlu, milli maraqlara əsaslanan siyasətinə, ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına, sabitlik və tərəqqinin davamlı olmasına səs verdilər. Eyni zamanda, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi həm ölkəmizdə yüksək seçki və seçici mədəniyyətinin olduğunu təsdiq etmiş oldu, həm də seçicilərin bu məsələlərə intellektual yanaşmasını əks etdirdi.2016-cı il ərzində tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra başçısı, müavinlər, şöbə və sektor müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü ərzində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 71 nəfər(2015-ci ildə 74 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 576 nəfər (2015-ci ildə 574 nəfər), (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-120, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-114, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi-225, Hüquq şöbəsi-62, Memarlıq və tikinti şöbəsi-55) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
Səyyar qəbulların səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış, qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və vətəndaşlara qanunamüvafiq qaydada cavablar verilmişdir. Hesabat dövrü ərzində məcburi köçkün əhalimizin məskunlaşdığı 10 rayonda 41 səyyar qəbul keçirilmişdir. Keçirilmiş görüşlərdə ümumilikdə 916 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 67 məsələ barədə müraciətlər olunmuşdur. Səyyar qəbullar zamanı səsləndirilmiş 22 müraciətlə bağlı yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 45 müraciətin icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir. Müxtəlif məsələlərlə bağlı səsləndirilmiş məsələlərin 94 faizi müsbət həll edilmiş, 6 faizi ilə əlaqədar izahat işləri aparılmışdır. Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il ərzində yerlərdə keçirdiyi səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə araşdırılaraq nəticə ilə bağlı vətəndaşa və Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı məlumatlar təhlil edildikdən sonra İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə göndərilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 347 №-li Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"a uyğun olaraq qeydiyyata alınmış, araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə nümayəndəliklərinə, idarə və təşkilat rəhbərlərinə müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir. Əgər 2014-cü il ərzində vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 212 müraciət daxil olmuşdursa, bu rəqəm 2015-ci ildə 161, 2016-cı ildə isə 187 olmuşdur.
İcra Hakimiyyəti Aparatına daxil olan müraciətlərin 175-i məktub, 10-u teleqram formasında, 2 müraciət isə İcra Hakimiyyəti Aparatının rəsmi saytına (www.xocavend-ih.gov.az) daxil olmuşdur. Ümumi müraciətlərdən 93-ü şəxsən, 92-si rabitə şöbəsindən, 2-si isə elektron poçtla təqdim olmuşdur.2016-cı il ərzində Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan müraciətlərin 84 faizini (157-sin) ərizələr, 15,5 faizini (29-un) şikayətlər, 0,5 faizini (1-in) təkliflər (2015-ci ilin müvafiq dövrü ərzində müraciətlərin 91,3 faizini (147-in)ərizələr, 8,1 faizini(13-ün) şikayətlər, 0,6 faizini (1-in)təkliflər ) təşkil etmişdir.Ümumi müraciətlərin 51,4 faizi (96 müraciət) müsbət həll edilmiş, 0,5 faizi(1 müraciət) qismən həll olunmuş, 1,1 faizi (2 müraciət) əsassız sayılmış, 46,5 faizi (87 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 0,5 faizi(1 müraciət) icradadır (2015-ci ilin müvafiq dövrü ərzində daxil olan müraciətlərin 49,1 faizi (79 müraciət) müsbət həll edilmiş,3,1 faizi (5 müraciət) əsassız sayılmış, 47,8 faizi (77 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmışdır). Sikayət ərizələri 2012-ci ildə 43 olmuşdursa bu rəqəm sonrakı illərdə azalaraq 2013-ci ildə 37, 2014-cü ildə 29, 2015-ci ildə 13, 2016-cı ildə isə 29 olmuşdur.2016-cı il ərzində vətəndaşlar tərəfindən tabeli qurumlara 240 müraciət daxil olmuşdur. Müraciətlərdən 36-sı(15 %) elm və təhsil,116-sı(48,3 %) sosial müdafiə, 19-u (7,9 %) mənzil, 69-u (28,8 %) isə qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər olmuşdur. Bu müraciətlərin 95,4 faizi(229 müraciət) ərizə, 4,6 faizi (11 müraciət) isə şikayətlər təşkil edir. Müraciətlərdən 91,2 faizi(219) məktub, 8,8 faizi isə(21 müraciət) elektron formada təqdim olmuşdur ki, bu müraciətlərin 76,7 faizi müsbət həll edilmiş 23,3 faizinə isə müvafiq izahatlar verilmişdir. Tabe qurumlarda il ərzində 2581 vətəndaş qəbul edilmiş, vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı 3 toplantıda müzakirələr aparılmışdır.İcra Aparatına daxil olmuş 187 müraciətdən hər birinə rəsmi olaraq cavab verilmişdir. Tabeli qurumlarda isə 240 müraciətdən 209-un icrası ilə bağlı müraciət edən şəxslərə rəsmi cavab verilmiş, digər müraciətlər isə aidiyyəti üzrə yerindəcə həll olunmuşdur. 2016-ci il ərzində səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası, həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və görülmüş işlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Şura yığıncağında müzakirəyə çıxarılmışdır. Belə ki, 25.02.2016-cı il tarixli 04 saylı Şura yığıncağında “2015-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar qəbulların təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti”, 14.03.2016-cı il tarixli 05 saylı Şura yığıncağında (Səyyar formada) isə “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Vətəndaş müraciətlərinə baxılmasına və məmur-vətəndaş münasibətlərinə yeni impuls verən qanun” analitik-informasiya xarakterli təhlildən irəli gələn vəzifələr və 2015-ci il ərzində Xocavənd RİHB Aparatına, qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti” bərədə məsələlər müzakirəyə çıxarılaraq mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə və sektor müdirlərinə, inzibati ərazi dairələri üzrə nümayəndəliklərə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada rayonunun iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş Şura iclaslarında 27 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 41 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir. Hesabat dövrü ərzində Şuranın 1 səyyar iclası keçirilmişdir. Ötən il ərzində müxtəlif mövzularda 36 (2015-ci il ərzində 41 tədbir) keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 12986 nəfər iştirak etmişdir. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında çalışan işçilərdən 4 nəfəri, kənd inzibati ərazi dairəsində çalışan işçilərdən isə 3 nəfəri müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.Hesabat ili ərzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Sənədlərin ekspertizası və Arxiv işi üzrə Mərkəzi Ekspert Komissiyası Haqqında Əsasnaməni” əsas tutaraq, İcra Aparatına eləcə də kənd icra nümayəndəliklərinə aid 2011-ci ilə aid sənədlərinin dövlətçilik, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyini müəyyən edərək, onların Dövlət Arxiv İdarəsinə təhvil verilməsi təmin edilmişdir.2016-cı il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanununa əsasən Respublikanın ərazi bütövlüyünün qorunması və rayonda həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi təmin edilmiş və keçən il ərzində Xocavənd rayonu üzrə 63 nəfər gənc həqiqi hərbi xidmətə getmişdir (2015-ci ildə 75 nəfər). 2016-cı il ərzində hüquq-mühafizə orqanlarının digər dövlət qurumları ilə sıx, səmərəli və işgüzar əlaqələrinin yaranmasının nəticəsində rayonda davamlı olaraq ictimai-siyasi sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlki illərdə olduğu kimi keçən il ərzində də rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri tədbirlər həyata keçirmiş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. Keçən il ərzində Xocavənd rayonunun inzibati ərazisində xüsusilə ağır cinayət hadisəsi qeydə alınmamış, baş vermiş 5 (beş) cinayət hadisəsinin açılması təmin edilmişdir (2015-ci ildə isə 4 cinayət hadisəsi olmuşdur). Həmçinin ötən il ərzində rayonda azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq azyaşlılar arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.Hesabat dövrü ərzində Polis Şöbəsinin Qeydiyyat Şəxsiyyət Vəsiqəsi Qrupu tərəfindən 1524 nəfər vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Onlardan 709 nəfər 16 yaşa çatmamış, 268 nəfər 16 yaşın tamam olması ilə əlaqədar, 253 nəfər 25 yaşın tamam olması, 157 nəfər 35 yaşın tamam olması, 137 nəfər 50 yaşın tamam olması ilə əlaqədar, şəxsiyyət vəsiqəsini itirdiyinə görə 37 nəfər, yaşayış yerini dəyişməsi ilə əlaqədar isə 53 nəfə rşəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.Xocavənd rayonunun azərbaycanlı əhalisinin sayı 01 yanvar 2017-cı il tarixə 3058 ailə olmaqla 12283 nəfərdir. Rayonun ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 36 şəhər və rayonunda müvəqqəti olaraq məskunlaşmışlar. Sakinlərimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd, Qaradağlı, Yeni Tuğ, Xocavənd, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində” kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1253 ailə olmaqla 4971 nəfər, Ağcabədi rayonu ərazisində 514 ailə olmaqla 2175 nəfər, Sumqayıt şəhəri üzrə 121 ailə olmaqla 490 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 884 ailə olmaqla 3522 nəfər, Respublikanın digər şəhər və rayonlarında 286 ailə olmaqla 1125 nəfərdir. Rayon əhalisinin 196 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.2016-cı il ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 198 (2015-ci il ərzində 194), vəfat edən vətəndaşların sayı isə 66 (2015-ci il ərzində 59 nəfər) nəfər olmuşdur. Əhalinin təbii artımı 132 nəfər təşkil edir. İl ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 195 (2015-ci il ərzində 145) nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 138 (2015-ci il ərzində 74) nəfər təşkil etmiş, əhalinin miqrasiya artımı 57 nəfər olmuşdur. Keçən il ərzində Xocavənd rayonu üzrə 20 (2015-ci il ərzində 20) nəfər arasında rəsmi nigah bağlanmış və 10 (2015-ci il ərzində 17) nigahın pozulması faktı qeydə alınmışdır.Hesabat ili olan 2016-cı il ərzində rayon üzrə informasiyaların toplanması və təhlili istiqamətində görülmüş işlər qənaətbəxş sayıla bilər. Keçən il ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının ötən ilin aylıq, rüblük, yarımillik və ilin yekunlarına dair hesabatları toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik Şöbəsinə göndərilməsi təmin edilmişdir. Ötən il ərzində ümumilikdə 211 məlumatın, eyni zamanda Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi 41 səyyari görüşlər və rayonda keçirilən 36 tədbir haqqında məlumatların vaxtlı-vaxtında Mərkəzi Serverə göndərilməsi təmin edilmişdir. Ötən illərdə qazanılmış müsbət tendensiya 2017-ci ildə də davam etdirilməli, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha da səmərəli qurulması üçün mütəmadi qaydada tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır. Dövlət rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrin təhlili onu söyləməyə əsas verir ki, Azərbaycan yeni situasiyada da bütün strateji planlarını yerinə yetirərək sosial-iqtisadi və ictimai-siyasi inkişaf proseslərini davam etdirmək üçün əsaslandırılmış, aydın proqramlara malikdir və qlobal miqyasda özünü göstərən böhranlı vəziyyəti ölkəmizin gələcəyi üçün yeni bir imkana çevirmək əzmindədir. Kifayət qədər çətin olan 2016-cı ilin yekunlarını nəzərdən keçirərkən görürük ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsinə rəğmən, Respublikamızın daxili potensialına əsaslanmaqla həyata keçirilən uğurlu siyasət dinamik inkişaf tempinin bu il də qorunub saxlanmasına şərait yaradacaqdır. Dövlət başçısının Vətənimizin daha da qüdrətlənməsinə, xalqımızı daha firavan gələcəyə aparan qətiyyətli və düşünülmüş siyasəti ölkəmizin növbəti illərdə də hərtərəfli inkişafı üçün möhkəm təməl yaratmışdır. Hesabat dövrü ərzində Xocavənd rayon ictimaiyyəti qarşıya qoyulan vəzifələrin icrası,regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər hələ ki, bəzi nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun vətənpərvər, zəhmətkeş və əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda şanlı tariximizin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Xocavənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə fəaliyyətlərini davam etdirəcəklər. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, 2017-ci il də, əvvəlki illər kimi, cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.