Silahlı Qüvvələrin baş leytenantı, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olmuş Haşımlı Tural Əbdül oğlunun atası ilə görüş keçirilmişdir
15.03.2017-ci il tarixdə Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun, N saylı hərbi hissə komandirinin və ictimaiyyət nümayəndələrinin Silahlı Qüvvələrin baş leytenantı, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olmuş Haşımlı Tural Əbdül oğlunun atası ilə görüşü keçirilmişdir. Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçı Eyvaz Hüseynov şəhidin atasına xocavənd ictimaiyyəti adında baş sağlığı verimiş və Haşımlı Tural Əbdül oğlunun erməni təxribatının qarşısının alarkən göstərdiyi şəxsi şücaətdən danışmışdır. Başçı bildirmişdir ki, günü-gündən güclənən Azərbaycan ordusu tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək və nigaran şəhid ruhları rahatlıq tapacaqdır. Tədbirdə bildirildi ki, şəhid Haşımlı Tural Əbdül oğlu erməni-diversiya qrupunun təxribatlarının qarşısının alınmasında dəfələrlə xüsusi şücaət göstərmişdir. Bu gün Haşımlı Tural və şəhid olmuş digər Azərbaycan ovladlarının uğrunda canlarını fəda etdiyi müqəddəs vətən torpağı bizi qisasa səsləyir. Biz əminik ki, tezliklə üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıracağıq.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Haşımlı Tural Əbdül oğlu 2017-ci il fevral ayının 24-dən 25-ə keçən gecə Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olmuşdur.