Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə təbii qaz verilmişdir

15 noyabr 2012 | 16:00

14 noyabr 2012-ci il tarixdə Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Xocavənd, Yeni Tuğ və Xocavənd qəsəbələrinə təbii qazın verilməsi ilə bağlı təntənəli açılış mərasimi keçirilmişdir. Yeni Xocavənd qəsəbəsində keçirilən açılış mərasimində ümimilikdə 550 nəfər rayon sakini iştirak etmişdir. Artıq bu qəsəbələrdə məskunlaşmış səkkiz yüzdən yuxarı ailə təbii qazdan istifadə etmək nəsib olmuşdur. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov , Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev, Xocavənd rayon sakini, şəhid atası Məhərrəm Nəsirov çıxış etmişdir.

Keçidlər