Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Polis Şöbəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş polis əməkdaşlarının həyat və fəaliyyətini əks etdirən fotoalbomun təqdimat mərasimi keçirilmişdir

07 aprel 2017 | 16:00

7 aprel 2017-ci il tarixdə Rayon Polis Şöbəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş polis əməkdaşlarının həyat və fəaliyyətini əks etdirən fotoalbomun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov, polis şöbəsinin şəxsi heyəti, şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri və veteranlar şurasının üzvləri iştirak etmişdir. Tədbir ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.Tədbiri giriş sözü ilə açan   Rayon  Polis Şöbəsinin rəisi, pois polkovnik-leytenantı  Yadigar Hüseynov ermənilərin Dağlıq Qarabağda  həyata keçirdikləri soyqırımı siyasətindən söhbət açmış, xalqımızın verdiyi ağır itkiləri xatırladaraq şəhidlərin ruhunun yaşadılmasının vacibliyini vurğulamışdır.
Tədbirdə çıxış edən başçının müavini Azər Süleymanov bildirdi ki, 19 noyabr 1992-ci ildə  yaradılmış Xocavənd  Rayon  Polis  Şöbəsi rayonda daxili sabitliyin qorunub saxlanılmasında, cinayətkarlığa qarşı mübarizə və  insan hüquqlarının qorunmasında yüksək nailiyyətlər əldə etmişdir. Şöbənin əməkdaşları torpaqlarımızın erməni işğalçılarından müdafiəsi və azadlığı uğrunda  gedən döyüş əməliyyatları zamanı yüksək əzmkarlıq və böyük qətiyyət  nümayiş etdirmiş və onlardan bir neçəsi qəhrəmancasına şəhid olmuşdur. Şəhidlərimizin xatirəsini əziz tutmaq, onları yad etmək hər birimizin mənəvi borcudur.
Təbirdə digər çıxış edənlər Rayon Polis şöbəsinin bu təşəbbüsünü yüksək qiymətləndirmişlər.

Keçidlər