Şriftin ölçüsü :

Saytın rəngi :

“17 noyabr Milli Dirçəliş Günü”

16 noyabr 2012 | 16:00

15 noyabr 2012-ci il tarixdə Xocavənd rayon Mədəniyyət evində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “17 noyabr Milli Dirçəliş Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. 92 nəfər rayon sakinin iştirak etdiyi tədbirdə çıxış edən rayon ziyalıları Milli Dirçəliş Gününün xalqımızın qanı, canı bahasına qaqzandığı bir gün olduğunu vurğulamışlar. Yekunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Milli Dirçəliş günü ilə bağlı iştirakçıları təbrik edərək, geniş nitq söyləmişdir. Başçı öz çıxışında Azərbaycan xalqının tarix boyu öz müstəqilliyi, azadlığı uğrunda apardığı mübarizələrdən söz açmış və bu mübarizələrin dövlətimizin, millətimizin gələcəyi üçün müstəsna rol oynadığını bildirmişdir.

Keçidlər