“2017-ci ilin I rübü ərzində Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr ” barədə Rayon İcra Hakimiyyəti başçısının H E S A B A T I
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və məqsədyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ilin birinci rübündə yüksək dayanıqlıq nümayiş etdirərək iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ötən dövrdə bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının yaradılması istiqamətində islahatlar davam etdirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Milli inkişaf siyasətinin uğurla davam etdirilməsinin nəticəsi kimi, qətiyyətlə və uğurla həyata keçirilən davamlı, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı ötən dövr ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı sürətlənmiş,iqtisadi artımın davamlılığı təmin edilmişdir.
2017-ci ilin birinci rübü ərzində qeyri-neft sektorunun ümumdaxiil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin aparıcı qüvvəsinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Möhtərəm dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.
Dünya maliyyə bazarlarındakı çətinliklər önündə ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqdisadiyyatı artım dinamikasını və sosial inkişaf səviyyəsini qorumuş, ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində mühüm layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifah halının daha da yaxşılaşması üçün zəruri tədbirlər görülmüşdür.
Bu gün qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə yadda qaldı. Müasir dünyada baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi, enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Dəyəri təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan dövlətə ciddi təzyiq vasitəsinə çevrilmişdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə əsaslandırılsa da, başlıca səbəbləri böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur. Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin strateji kursunu uğurla davam etdirməsi dayanır və həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları birləşdirir.
Ölkəmizin bütün dünyada baş verən qlobal böhrandan kəskin şəkildə təsirlənməməsi, siyasi çaxnaşma və təlatümlərdən uzaq durması birinci növbədə ölkəmizin müdrik şəkildə, uzaqgörənliklə və düzgün strateji yol izləməklə idarə olunması ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş və dahiyanə şəkildə hazırlanmış siyasi kursun bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafındakı dayanıqlılığın başlıca səbəbidir. Ölkəmizin rəqabətədavamlı inkişafının təmin edilməsində qeyri-neft sektorunu vacib amil kimi önə çəkən dövlət başçımızın bu məqsədlə apardığı islahatlar, iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Keçən dövr ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda ölkə həyatının bütün sahələrində olduğu kimi, qeyd olunan sahədə də özünü göstərən sürətli islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafına geniş imkanlar yaratmış, əldə olunmuş nailiyyətlərin miqyası əhəmiyyətli dərəcədə genişlənmişdir.
Ötən illərdə olduğu kimi, 2017-ci ilin birinci rübü ərzində iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin sosial-rifah halının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla,uğurla davam etdirilməsi, qətiyyətli və gərgin əməyi sayəsində mümkün olmuşdur. Dövlət başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi kimi mühüm addımlardan ibarətdir. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi iqtisadiyyatın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan enerji təminatı sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır. Məhz bu müdrik siyasətin nəticəsində dünyada davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan dövlətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Hesabat dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmışdır. Müasir gərgin şəraitdə təbii ki, hər bir ölkənin ilk növbədə daxili resurslara arxalanması, öz təhlükəsizliyini daha da möhkəmləndirməsi əsas problem kimi aydın görünür. Dünyada yaşanan maliyyə və iqtisadi böhran iqtisadi modeldə müəyyən düzəlişlərin aparılmasını mühüm tələb kimi qarşıya qoyur. Azərbaycan da bu yolla gedir və düşünülmüş siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil siyasət yürüdür. Ölkədəki sosial-iqtisadi inkişaf və dünya bazarında müvəffəqiyyətlə təmsil olunmağı beynəlxalq birliyin daim nəzərindədir və ölkənin beynəlxlaq iqtisadiyyatda və siyasətdə əhəmiyyəti durmadan artır.
Ötən dövr ərzində sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Qloballaşma dövründə əhalinin sosial rifah halının yaxşılaşdırılması inkişafın əsas əlaməti hesab olunur. Sosial rifahın davamlı yüksəlişinin təmin edilməsində isə cəmiyyətin mövcud əmək potensialı və resurslarının səmərəli şəkildə reallaşması, buna hesablanmış məqsədyönlü siyasətin həyata keçirilməsi, əldə olunan gəlirlərin ədalətlilik prinsipi əsasında bölüşdürülməsi kimi faktorlar mühüm rol oynayır. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ötən dövrdə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər.
2017-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və gücünün sürətlə artması müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin gəlirlərinə mənfi təsir göstərməsinə baxmayaraq bu ilin birinci rübü ərzində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 2 faiz artmışdır.
Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyllərinin, enerji bazarında ötən illlərdə başlamış və bu gün də davam edən qiymətlərin kəskin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Dünyada baş verən maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün Azərbaycan dövləti qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın valyuta ehtiyatlarını qorumaqdan ibarət idi. Qlobal maliyyə böhranının ölkəmizə təsirinə baxmayaraq, bu çətin vəzifənin öhdəsindən də layiqincə gəlmək mümkün oldu. Bu da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində əvvəlki illərdə atılmış addımlarla bağlıdır. Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artaraq 38,5 milyard dollar təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, qətiyyətli siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində ötən dövr də ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. Bu ilin üç ayı ərzində ölkədə ticarət dövriyyəsi 15 faiz artmışdır ki, bu da çox yaxşı göstəricidir. İxrac isə təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmış, idxal isə 17 faiz azalmışdır. İdxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalın stimullaşdırılması, biznes qurumlarına çox gözəl şərait yaradılması, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyulması bizim iqtisadi sabitliyimizi təmin etmişdir. Bu il Davos Ümumdünya İqtisadi Forumunun nəticələrinə görə iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan böhranlı illərdə öz reytinqini üç pillə artıraraq 37-ci yerə yüksəlmişdir. Eyni zamanda inkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür.
Azərbaycan bu gün qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, xüsusilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlar davam etdirilmişdir. Həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir. İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmışdır. Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması, nağdsız ödəmələrin genişləndirilməsi, şirkətlərin nağdsız əməliyyatlar aparması stimullaşdırılmışdır. İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində ciddi addımlar atılması, bu sektorun böyük potensialından səmərəli istifadə edilməsi zərurətini yaratmışdır. Bu mərhələni cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, iqtisadi islahatları sayəsində əldə etmək mümkün olmuşdur. Hazırda bu yüksək templəri növbəti illərdə də saxlamaq və iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı etmək üçün bütün addımlar atılır.
Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir vətəndaşın maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Keçən dövr ərzində Azərbaycan dövləti dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir etmişdir. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra da görüləcək işlər, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxaraq, iqtisadi inkişaf tempi təmin edilmişdir. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Ötən rüb sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və müasir texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Hesabat dövrü ərzində sosial infrastruktur layihələr icra edilmiş, əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, yolların salınması işləri davam etdirilmiş, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilmiş və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulmuşdur. Həmçinin birinci rübdə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilmişdir. Sosial proqramlardan biri də əhalinin tibbi müayinədən keçmə layihəsidir ki, bu tədbir zamanı beş milyon insan tibbi müayinədən pulsuz keçəcəkdir. Əgər əvvəlki illərdə daha çox təbliğat işi aparılırdı ki, insanlar getsinlər, bu müayinədən keçsinlər, indi görürük ki, buna ehtiyac yoxdur, çünki indi vətəndaşlar bilirlər ki, bu, onlar üçün, onların sağlamlığı üçün lazımdır. Həmçinin turizm sektorunun inkişafı üçün sonsuz imkanlara malik Azərbaycanın son illərdə paytaxt və bölgələrdəki şəhərləri dünyanın ən müasir, dinc və sakit yaşayış məskənləri kimi turistləri cəlb edir. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdırsa, bu ilin birinci rübündə artıq 25 faiz artım olmuşdur. Bu artıma səbəb isə zəruri infrastrukturun yaradılması və cənab Prezidentin göstərişi ilə “ASAN Viza” sisteminin tətbiqidir. Müasir dünya turizminin təcrübəsindən ciddi faydalanmaq, yenilikləri tətbiq etmək, yerli və xarici sərmayənin cəlb edilməsi ölkənin digər məqbul zonalarında da turizmin inkişafına təkan verəcəkdir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olmaqla bərabər Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Keçən dövr ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Dünyada baş verən məlum kataklizmlərin fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafının təmin edilməsi ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının təşəbbüsü ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirilmişdir. Beləliklə, qeyri-neft sektorunun inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində bu sahədə istehsalın həcmi birinci rübdə 2,4 faiz artmışdır.
Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Burada Ümummilli Lider Heydər Əliyevin hər zaman öz aktuallığını qoruyub saxlayan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri yada düşür. Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Bununla yanaşı, möhtərəm cənab Prezident tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, nəqliyyat-tranzit potensialının reallaşdırılması qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı olaraq yüksəlməsini təmin etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Həmçinin sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, qiymətlərin süni şəkildə qaldırılması və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi kimi tədbirlər məqsədyönlü şəkildə davam etdirilmişdir. Ölkədə sənaye istehsalının gücləndirilməsi, aqro və texnoparkların, bütün regionlarda sənaye zonalarının yaradılması artıq zərurətə çevrilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması bütünlükdə sahibkarlığın inkişafına yeni təkan rolunu oynamalıdır. Bununla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdiriləcək, iş adamlarına güzəştli kreditlərin verilməsi diqqət mərkəzində olacaqdır.
Hesabat dövrü ərzində ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması nəicəsində kənd təsərrüfatının istehsalı 3,5 faiz artmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bitkiçilik 20 faizdən çox artmışdır. Ötən dövrdə ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmiş, sahibkarlığın inkişafının və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Keçən dövrdə də aqrar sektorda dövlət dəstəyi tədbirləri ardıcıl xarakter daşımış, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olub. Son illərdə aqrar sektorda reallaşdırılan nəhəng tutumlu investisiya layihələri, həyata keçirilən geniş-miqyaslı islahatlar daha yeni məqsədlərə köklənməyə imkan verir. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcəkdir. Yeni bazarların axtarışı, Qazaxıstanda tikintisi başa çatmış loqistik mərkəzin bu yaxınlarda istifadəyə verilməsi nəticəsində ölkənin kənd təsərrüfatı məhsullarının xaricə çıxışını asanlaşdıracaqdır.
Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Beləliklə, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu, Azərbaycanın milli inkişafı kontekstində müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Hesabat dövrü olan birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 70 mini daimi iş yeridir. Açılmış iş yerlərinin təxminən 40 min iş yeri özəl sektora aiddir. Eyni zamanda qeyd etmək lazımdır ki, 9 min iş yeri bağlanmışdır. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, həmçinin özəl sektorda da davam edir.
Son illər dünyanın ən sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilən Azərbaycan hazırda müstəqil siyasi-iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın digər sahələri kimi, yanacaq-energetika kompleksi də inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, ümumilikdə ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Dövlət başçısının həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyir. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına imkan yaradır. Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı önəmli hadisə baş verib və Cənub Qaz Dəhlizinin Məşvərət Şurası üçüncü dəfə Bakıda görüş keçirib. Bu layihədə iştirak edən bütün ölkələrin, Avropa Komissiyasının, Amerikanın, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri öz iştirakları ilə bir daha bu layihəyə dəstəklərini göstərmiş oldular. Məşvərət Şurasının yekunu olaraq qəbul edilmiş qətnamədə yenə də ölkəmizin liderlik rolu xüsusi qeyd edilir. Düzdür, bizə əngəl törətmək, bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar və hətta bəzi beynəlxalq maliyyə qurumları da kreditləşməni bir qədər yubatdılar. Ancaq buna baxmayaraq tezliklə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Azərbaycanın iqtisadi qüdrətinin artmasında və dünya iqtisadiyyatına inteqrasiyasında müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Ölkənin iqtisadi qüdrətinin artmasında və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi dəstək verməkdədirDövlət başçısının göstərişi ilə İran sərhədinə qədər dəmir yolunun çəkilişi ilin sonunadək başa çatdırılmış, Astaraçay üzərində tikilmiş körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçmişdir. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun bu il stifadəyə verilməsi nəzərdə tutulmuşdur. Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasət kursu, 2017-ci ilin əvvəlindən bir-birinin ardınca müxtəlif ölkələrə rəsmi səfərləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu, balanslı və tarazlaşdırılmış xarici siyasət kursunun sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun olaraq uğurlu davamından xəbər verir. Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri, qarşlıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq və şəffaflıq prinsipləri əsasında yürüdülmüş, Azərbaycanın suveren, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət etmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edərək öz mövqeyini müdafiə etmiş və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Azərbaycanın getdikcə yüksələn reytinqi bir daha təsdiqləyir ki, xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu siyasi kurs respublikamızın ikitərəfli formatda ayrı-ayrı dövlətlərlə yüksək səviyyədə qarşılıqlı münasibətləri ilə yanaşı, beynəlxalq təşkilatlarda da mövqelərimizi gücləndirir. Son zamanlar regionda, bütövlükdə dünyada baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm cənab Prezident İlham Əliyev bu ilin üç ayı ərzində 7 xarici səfər etmişdir ki, bu səfərlərin də çox böyük əhəmiyyəti var. Həmçinin birinci rübdə Azərbaycanda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçılarının iştirak etdiyi, dünya miqyasında önəmli beynəlxalq tədbirlər sırasına daxil edilmiş V Qlobal Forum keçirilmişdir. Çox əlamətdar bir hadisəni də xüsusilə qeyd etmək lazımdır ki, bu da Amerika və Rusiya ordularının Baş Qərargah rəislərinin birinci görüşünün Bakıda keçirilməsi hadisəsidir. Hər iki ölkə Azərbaycanı birinci görüş üçün seçməklə həm bizə olan hörmətini növbəti dəfə ifadə edir, həm də bu, bizim rolumuzu əyani şəkildə sübut edir. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib. Möhtərəm dövlət başçısı xarici səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Digər tərəfdən, xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin aparıcı istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Son zamanlar istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi görüşlər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın artırılması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də mühüm rol oynayır.
Cari ilin birinci rübdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəni xüsusilə qeyd etmək lazımdır. Birincisi, Dağlıq Qarabağda keçirilən qondarma “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Çünki bütün qonşu və Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular. Digər hadisə də əlamətdardır. Çünki ilk dəfə olaraq, bizim qanunlarımızı bir neçə dəfə kobudcasına pozaraq Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş bir nəfər xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında Azərbaycana gətirildi. Bu, ilk dəfə baş verən hadisə ədalətin bərpası və beynəlxalq hüququn aliliyidir. Ekstradisiya ilə bağlı olan bütün məsələlər beynəlxalq qanun və konvensiyalar əsasında baş verib. Əminik ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxsə də, onun kimilərinə dərs olacaqdır. Daha bir önəmli hadisə isə Cocuq Mərcanlı kəndinin bərpasına başlanılmasıdır. Birinci növbədə burada 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Daha isə sonra əlavə olaraq 150 ev və tibb məntəqəsi tikiləcəkdir. Onu da qeyd etməliyik ki, cənab Prezidentin təşəbbüsü ilə tikiləcək məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Cocuq Mərcanlının bərpası tarixi hadisədir və bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaqdır.
Eyni zamanda onu da qeyd etməliyik ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu il də qaçqın və məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən və yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulan böyük qəsəbədir. Həmçinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də əminliklə qeyd edirik ki, yaxın vaxtlarda öz həllini tapacaqdır. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Ölkənin hərbi potensialı möhkəmlənmiş, erməni təxribatlarının qarşısı qətiyyətlə alınmış, strateji cəhətdən vacib yüksəkliklər ələ keçirilərək Azərbaycan ordusu təmas xəttində tam üstünlüyünü təmin etmiş və öz iradəsini diktə etmişdir. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Sirr deyil ki, hazırda beynəlxalq birlik, aparıcı dövlətlər dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar münaqişələrə tam fərqli mövqe nümayiş etdirir ki, bu da hazırkı dövrdə dünya siyasətində ikili standartların bariz nümunəsi kimi xarakterizə oluna bilər. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda,Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı, danışıqlar prosesində imitasiya taktikasını seçməsi səbəbindən münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz!”.
Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, milli həmrəyliyin təmin edilməsi, ən başlıcası vətəndaş cəmiyyətinin qurulması naminə dövlət tərəfindən görülən işlər ölkəmizin tərəqqisini və xalqımızın rifahını yüksəldir. Heydər Əliyev Fondu yaradılarkən Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdur. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Azərbaycan qədimdən Qərb və Şərq sivilizasiyalarını həm geosiyasi, həm də mənəvi baxımdan birləşdirən, bütün ölkələr və xalqlarla sülhsevər siyasətə sadiq, ən müxtəlif millətlərin və konfessiyaların nümayəndələrini dini dözümlülük və qarşılıqlı anlaşma ruhunda birləşdirən çoxmillətli dövlətdir. Bu il Azərbaycanda keçiriləcək böyük siyasi, mədəni-ictimai və idman tədbiri olan İslam Həmrəyliyi Oyunları ölkəmizin potensialını növbəti dəfə göstərəcək, eyni zamanda, İslam həmrəyliyinə də böyük töhfə verəcəkdir. Dünyanın hazırkı mürəkkəb və münaqişələrlə dolu olan bir dönəmində buna böyük ehtiyac vardır. Bu Oyunlar təkcə idman yarışı deyil, eyni zamanda, bütün İslam aləmini bir araya gətirəcək siyasi bir hadisədir.
2017-cı ilin birinci rübü ərzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən yolun çəkilişi müvəqqəti olaraq dayandırılmışdır.
“2016-cı ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 09 fevral 2017-cı il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Beyləqan rayon ərazisində Xocavənd rayonundan olan olan məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbədə məskunlaşmış sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə hər bir ailəyə 0.60 ha olmqla torpaq sahəsi paylanmışdır.
Hesabat dövründə Rayon Məşğulluq Mərkəzinə 35 nəfər (17 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 14 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 5 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2017-ci ilin birinci rübü ərzində 26 yeni iş yeri açılmışdır.
Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən rüb ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 109.0 min manat proqnoza qarşı 156.2 min manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş və proqnoza 143.3 faiz əməl olunmuşdur.
“Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə poçt, bank və maliyyə xidmətləri göstərmişdir. 2017-cı ilin birinci rübü ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrində yaşayan məcburi köçkünlərin telefonla təmin edilməsi üçün yeni ATS binasının tikintisinə başlanılmış və bu istiqamətdə işlər davam etdirilir.
2017-ci ilin birinci rübü ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2309 o cümlədən inək və camışlar 1159 baş, qoyun və keçilər 20403 baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 2602,0 sentner, süd istehsalı (fiziki çəkidə) 7543,0 sentner, yumurta istehsalı (min ədədlə) 65,0 ədəd olmuşdur.
Torpaqların münbitliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə ayrı- ayrı torpaq sahələrinə üzvi və mineral gübrələrin verilməsi rayon kənd təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən daima nəzarətdədir. Rayon kənd təsərrüfatı idarəsinin əməkdaşları rayonun inzibati ərazisində olan dövlət mülkiyyəti və əkin torpaqlarından istifadə edən hüquqi və fiziki şəxslərlə əlaqə saxlamaqla təhkim edilmiş torpaqlardan səmərəli istifadə qaydalarına mütəmadi olaraq nəzarət edirlər.
2017-ci ilin məhsulu üçün 5627 hektar sahədə taxıl səpini aparılmışdır.
Hesabat dövrü ərzində ƏƏSMN yanında DSMF Xocavənd Rayon Şöbəsinin müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2017-ci ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 103.3 min manat, o cümlədən 90.7 min manat büdcə, 12.6 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 90.7 min manata qarşı 93.1 min manat (102.6%), qeyri-büdcə üzrə 12.6 min manata qarşı 6.9 min manat (54.8%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 96.8 faiz əməl olunmuşdur.
Hesabat dövrü ərzində məcburi köçkün əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi, qaz və su təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi, qaz və su haqlarının ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış qərargah üzvləri tərəfindən müntəzəm nəzarət olunur.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir. Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülmüşdür.
2017-ci ilin müvafiq dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır. 2016-2017-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 2052 nəfər (2015-2016-ci tədris ilində 1921) şagirdin təlim-tərbiyəsi ilə 310 müəllim məşğul olmuşdur.
Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2017-ci il ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2017-ci ilin yanvar ayında Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmişdir. Turnirin nəticələrinə uyğun olaraq 18 şagird yüksək nəticə göstərərək yarımfinala vəsiqə qazanmışdır. 11 mart 2017-ci ildə keçirilmiş Respublika fənn olimpiadalarının yarımfinal turunda Xocavənd rayon 2 saylı tam orta məktəbin IX sinif şagirdi Azərbaycan dili fənnindən Respublika turuna vəsiqə qazanmışdır. 16 mart 2017-ci il tarixdə Xocavənd Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə Salakətin kənd tam orta məktəbinin X sinif şagirdi Şirinova Xədicə Elburus qızı I yer tutaraq Respublika mərhələsində iştirak hüququ qazanmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi, təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi qarşıda duran əsas vəzifələrdir. 2016-2017-ci tədris ilindən 5 yaşlı uşaqların məktəbə hazırlıq təhsili təşkil edilərək fəaliyyətə başlamışdır ki, 7 məktəb üzrə 101 nəfər 5 yaşlı uşaq həmin məktəbəhazırlıq qruplarına cəlb edilmişdir.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsində Xocavəndli məktəblilər də iştirak etmişdir. 23-26 mart 2017-cı il tarixlərində Quba-Qusar-Xaçmaz marşrutu üzrə Xocavənd rayonundan 20 şagird və 2 nümayəndənin iştirakı təmin edilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası ilə birgə rayon əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlamışdır. Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində Xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 27 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının 07 fevral 2017-ci il tarixli 07 saylı Sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik tərtib olunmuşdur. Hesabat dövrü ərzində 4962 nəfər pulsuz tibbi müayinədən yararlanmışdır ki, onların da 164 nəfəri ambulator müalicəyə, 32 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular.
Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə 1 rayon, 6 kənd mədəniyyət evi, 8 kənd kulubu, 1 Rayon Mərkəzi Kitabxana Sistemi, 4 kitabxana filialı və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir. 2017-ci il ərzində rayon mədəniyyət müəssisələri tərəfindən müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə kənd kitabxana filialları Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək 7 şöbədən ibarət Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi yaradılmışdır. Mərkəzi Kitabxana sürətli internet, tələbata uyğun olaraq kompüter, digər inventar avadanlıqlarla təmin olunmuş, MKS-nin kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə mütəmadi olaraq işçilər ixtisasartırma kursuna göndərilmişdir.
“Dövlət Proqramı”na uyğun uyğun olaraq www.khojavend.cls.az internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə, kitabxanaların kitab fondunda 43,08 min nüsxə kitab mövcuddur ki, onlardan 27,991 min nüsxə latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən, dünya kitabxana sistemləri ilə inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
2017-ci il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsi təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Xocavənd rayon Gənclər və İdman idarəsi 2017-cı il ərzində rayon idmançılarının, yeniyetmə və gənclərin respublika və zona səviyyəli bir sıra idman yarışları və gənclərlə bağlı tədbirlərdə iştirakını təmin etmişdir. Belə ki, Taekvondo idman növü üzrə gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı, Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışları, VKC növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatında Xocavənd rayonu layiqincə təmsil olunmuşdur. 2017-ci ilin 16-21 yanvar tarixlərində Bakı şəhərində Taekvondo idman növü üzrə gənclər və böyüklər arasında keçirilən ölkə birinciliyi və çempionatında 1 nəfər idmançı 74 kq çəkidə (kişilər) 3-cü yerə sahib olmuşdur. Yenə də Bakı şəhərində (03-05 mart tarixlərdə) keçirilən VKC növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatında karate-do kumite iriqumi-cyu qaydası üzrə Xocavənd rayonunu təmsil edən 2 nəfər idmançı 1-ci yerə, daha 2 idmançı isə yeri 2-ci yerə çıxmışdır.
Hesabat dövründə ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyillərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının rəsmi internet saytı (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart, Qaradağlı və Xocalı soyqırımlarına həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
Hər il olduğu kimi bu il də Novruz bayramı münasibəti ilə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət Evi ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Dini İşlər üzrə Komissiya rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal-hazırda öz sıralarında 961 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 550 nəfərini qadınlar, 449 nəfərini isə gənclər təşkil edir. Hesabat dövrü ərzində 24 nəfər partiya sıralarına qəbul olunub. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
2017-ci ilin birinci rübü ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının aparatı öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun quraraq bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, birinci rüb ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
Tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra başçısı, müavinlər, şöbə və sektor müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 19 nəfər(2016-cı ildə 20 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 158 nəfər (2016-cı ildə 161 nəfər), (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-31, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-34, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi-63, Hüquq şöbəsi-18, Memarlıq və tikinti şöbəsi-12) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 7-si (37 %) işlə təmin olunma, 1-i (5 %) mənzil, 2-si ( 11 %) ayrı təsərrüfat olma, 1-i (5 %) müalicə, 4-ü (21 %) yemək xərci,1-i(5 %) maddi köməklik, 3-ü (16 %) isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi üçün mövcud imkanlardan istifadə olunmuşdur.
Səyyar qəbulların səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış, qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və vətəndaşlara qanuna müvafiq qaydada cavablar verilmişdir.
Hesabat dövrü ərzində məcburi köçkünlərin məskunlaşdığı 13 rayonda 12 səyyar qəbul keçirilmişdir. Keçirilmiş görüşlərdə ümumilikdə 275 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 19 məsələ barədə müraciətlər olunmuşdur. Səyyar qəbullar zamanı səsləndirilmiş 8 müraciətlə bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 11 müraciətin icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
Səyyar qəbullar zamanı müxtəlif məsələlərlə bağlı səsləndirilmiş məsələlər müsbət həll edilmişdır.
Rayon İcra hakimiyyəti başçısının 2017-ci ilin birinci rübü ərzində yerlərdə keçirdiyi səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə araşdırılaraq nəticə ilə bağlı vətəndaşa və Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı məlumatlar İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə göndərilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatına daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 347 №-li Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"a uyğun olaraq qeydiyyata alınmış, araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə nümayəndəliklərinə, idarə və təşkilat rəhbərlərinə müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.
İcra Hakimiyyəti aparatına daxil olan müraciətlərin 66-sı məktub, 1-i isə teleqram olmuşdur. Ümumi müraciətlərdən 47-si rabitə şöbəsi vasitəsi ilə, 20-si şəxsən təqdim olmuşdur.
Rüb ərzində daxil olana müraciətlərin 28-i müşayiət məktubları ilə daxil olmuşdur ki, bunlardan 3-ü Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasından, 22-si Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən, 1-i Baş nazirin müavinindən,1- Milli Məclisdən, 1-i isə Milli Məclisin aparatı tərəfindən göndərilmişdir.
Müraciət edən vətəndaşların sosial tərkibin təhlil edərkən məlum olmuşdur ki, bunlardan 35-i işsiz, 9-u evdar qadın, 8-i təqaüdçü,3-ü fəhlə, 2-si dövlət qulluqçu, 2-si təhsil işçisi, 1-i isə mədəniyyət işçisidir. Bunların 56-sı məcburi köçkün, 3-ü şəhid ailəsi 1-i isə II dərəcə əlildir. Yazılmış müraciətlərin 60-ı fərdi, 7-si isə kollektiv formada yazılmış müraciətlərdir.
01 aprel 2017-ci il tarixə ümumi müraciətlərin 41,8 faizi (28 müraciət) müsbət həll edilmiş, 58,2 faizi (39 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmışdır.
2017-ci ilin birinci rübü ərzində səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası, həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və görülmüş işlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayonu İcra hakimiyyəti başçısı yanında Şura yığıncağında müzakirəyə çıxarılmışdır. Belə ki, 25 fevral 2017-ci il tarixli 04 saylı Şura yığıncağında “2016-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar görüşlərin təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti”, 29.03.2017-ci il tarixli 05 saylı Şura yığıncağında (Səyyar formada) isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 15-16 fevral 2017-ci il tarixli nömrəsində “Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır” analitik informasiya xarakterli təhlildən irəli gələn vəzifələr və 2016-cı il ərzində Xocavənd RİHB Aparatına və onun tabe qurumlarına daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti barədə vəziyyəti bərədə məsələlər müzakirəyə çıxarılaraq mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə müdirlərinə, sektor müdirlərinə, inzibati ərazi dairələri üzrə nümayəndəliklərə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada rayonunun iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2017-ci ilin birinci rübü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş Şura iclaslarında 9 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 11 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir. Həmçinin hesabat dövrü ərzində Şuranın 1 səyyar iclası keçirilmişdir.
Cari ilin üç ayı ərzində informasiyanın toplanması və məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş hesab edilə bilər. Növbəti dövrdə də bu tendensiya davam etdiriləcək, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin səmərəli qurulması üçün mütəmadi olaraq işlər aparılacaqdır.
Xocavənd Rayonunun azərbaycanlı əhalisi 01 aprel 2017-ci il tarixə 3064 ailə olmaqla 12287 nəfərdir. Rayonumuzun ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 37 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd “, Qaradağlı ,“Yeni Tuğ”, “Xocavənd”, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində” kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1256 ailə 4962 nəfər, Ağcabədi rayonu ərazisində 516 ailə 2139 nəfər, Sumqayıt şəhəri üzrə 121 ailə 492 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 876 ailə 3512 nəfər və Respublikanın digər şəhər və rayonlarında 295 ailə 1182 nəfərdir. Rayon əhalisinin 206 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.
2017-cı ilin birinci rübü ərzində Xocavənd Rayonu üzrə doğulan uşaqların sayı 34, vəfat edən vətəndaşların sayı isə 16 nəfər olmuşdur. Əhalinin təbii artımı 18 nəfər təşkil edir. Rüb ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 49 nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 63 nəfər təşkil etmişdir. 2017-cı ilin birinci rübü ərzində Xocavənd rayonu üzrə 9 ailə arasında rəsmi nigah bağlanmış və 1 nigahın pozulması qeydə alınmışdır.
Hesabat dövrü ərzində Respublikanın ərazi bütövlüyünün qorunması, rayonda həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi təmin edilmişdir. 2017-ci ilin I rübü ərzində rayon üzrə ümumilikdə, 21 nəfər həqiqi hərbi xidmətə yola salınmışdır (2016-cı ilin I rübü 13 nəfər). Vətəndaşlarla aparılan söhbətlərin və hüquqi izahatların nəticəsi olaraq rayonda həqiqi hərbi xidmətdən yayınma halları olmamışdır.
Hesabat dövründə hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx, səmərəli və işgüzar əlaqələrin yaranmasının nəticəsində rayonda davamlı olaraq ictimai-siyasi sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlki illərdə olduğu kimi bu ilin I rübü ərzində də rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində müvafiq işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. 2017-ci ilin I rübü ərzində Xocavənd rayonunun inzibati ərazisində heç bir cinayət hadisəsi qeydə alınmamışdır. Azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq rayonda azyaşlılar arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Hesabat dövründə Polis şöbəsinin Qeydiyyat Şəxsiyyət Vəsiqəsi Qrupu (QŞVQ) tərəfindən 332 nəfər vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilmişdir. Onlardan, 116 nəfər 16 yaşa çatmamış, 16 yaşın tamam olması ilə əlaqədar 38 nəfər, 25 yaşın tamam olması ilə əlaqədar 67 nəfə, 35 yaşın tamam olması ilə əlaqədar 63 nəfər, 50 yaşın tamam olması ilə əlaqədar 48 nəfər olmuşdur. Həmin dövr ərzində şəxsiyyət vəsiqəsini itirmiş 14, yaşayış yerinin dəyişməsi, habelə ailə vəziyyəti ilə əlaqədar 20 nəfər qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi verilmişdir. Eyni zamanda 20 nəfər yaşayış yerini dəyişdiyi üçün, 8 nəfər isə vəfat etdiyi üçün qeydiyyatdan çıxarılmışdır.
Həmçinin onu da vurğulamaq lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər hələ ki,bəzi nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun vətənpərvər, zəhmətkeş və əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda şanlı tariximizin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər..
Xocavənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə fəaliyyətlərini davam etdirəcəklər. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini,həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.