“IV İslam Həmrəyliyi Oyunları” nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş karate idman növü üzrə zona yarışı keçirilmişdir
18 aprel 2017-ci il tarixdə Xocavənd Rayon İdman Kompleksində “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş karate idman növü üzrə Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə zona yarışı keçirilmişdir.Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdi ki, 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Biz əminik ki, İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.
Tədbirdə Şotakan karate-do idman növünün inkişaf etdirilməsi və ölkəmizin beynəlxalq aləmdə təmsil və təbliğ olunmasında əldə etdikləri nailiyyətlərə görə bir qrup idmançı Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının “Fəxri Fərman”ı ilə təltif edilmişdir.
Açılış mərasimi idmançıların çıxışları ilə davam etmişdir. Sonda yarışın qalibləri diplom, medal və kubokla təltif edildilər.