Şriftin ölçüsü :

Saytın rəngi :

“ Heydər Əliyev ideyaları ilə işıqlı gələcəyə” adlı tədbir keçirilmişdir

08 may 2017 | 16:00

08.05.2017-ci il tarixdə Xocavənd rayonu Salakətin kənd tam orta məktəbində ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “ Heydər Əliyev ideyaları ilə işıqlı gələcəyə” adlı tədbir keçirilmişdir. Tədbirdə İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini N.Şirinov, RTŞ-nin əməkdaşı A.Zeynalova, məktəbin Əməkdar müəllimləri T.Alıyeva, G.Ağayeva, məktəbin IX, X, XI sinif şagirdləri iştirak etmişlər. Tədbirin əvvəlində  Ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru R.Aslanova bildirmişdir ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır
Tədbirdə İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini N.Şirinov, RTŞ-nin əməkdaşı A.Zeynalova, məktəbin müəllimləri, IX a sinif şagirdi Məmmədli Yaşar Rövşən oğlu, X a sinif şagirdi Şirinova Xədicə Elbrus qızı çıxış edərək ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat vedilər. Bildirildi ki, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir.

Keçidlər