Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda toplantı keçirilmişdir

08 may 2017 | 16:00

Xocavənd Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 08 may 2017-ci il tarixdə rayon Mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2017-ci il tarixli 26 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün keçirilməsi haqqında “Tədbirlər Planı” na uyğun olaraq “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda toplantı keçirilmişdir. Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd etmək, onun gənclərlə iş sahəsində həyata keçirdiyi böyük işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq məqsədi ilə keçirilən tədbirdə Ümummilli liderin əziz xatirəsi anıldı, onun keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Heydər Əliyevin göstərdiyi əvəzsiz tarixi xidmətlərdən bəhs edən çıxışlar səsləndirildi.

Keçidlər