Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə veteranları ilə görüş keçirilmişdir

04 may 2017 | 16:00

04 may  2017-ci il tarixdə Xocavənd rayon ərazisində yerləşən hərbi hissədə hərbi hissə rəhbərliyi, Xocavənd rayon hüquq mühafizə orqanları rəhbərlərinin, Beyləqan, Xocavənd, Cəbrayıl rayon veteranlarının, Aprel şəhidlərinin valideynlərinin və rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə N saylı hərbi hissənin yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdi ki, təcrübədən və tarixdən məlum olduğu kimi, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş,  hərbçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin veteranlara  da göstərdiyi diqqət və qayğıdan söhbət açan başçı vurğulayıb ki, ölkə həyatında daim fəallıq göstərən veteranlar yalnız mənsub olduqları nəslin və ailələrin deyil, bütün xalqın fəxri, ağsaqqalı və ağbirçəyi hesab edilir. Azərbaycanda müharibə əlilləri və veteranlarının yüksək dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən Eyvaz Hüseynov bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti canlanıb, veteranlara münasibət əsaslı şəkildə dəyişib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Tədbirdə çıxış edən edən veteranlar bildirdilər ki, Azərbaycanda veteranlara sözün həqiqi mənasında mənəvi sərvət kimi yanaşılır. Azərbaycan veteranları dövlətimizin başçısının daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf etməyə çalışırlar.

Keçidlər