Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumrayon anım mərasimi

20 noyabr 2012 | 16:00

19.11.2012-ci il tarixdə Ağcabədi rayonu ərazisində salınmış 556 ailəlik yeni qəsəbənin Mədəniyyət evində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Xocavənd rayonun Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının və 20 noyabr 1991-ci il tarixində rayonun Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulmuş vertolyotda şəhid olmuş Azərbaycanın yüksək rütbəli dövlət adamlarının və bir qrup ziyalılarının xatirəsinin 21-ci ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilmişdir. İlk öncə mərasim iştirakçıları Ağcabəddi şəhərində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə Komleksi” önünə tər güllər və əklillər qoymuşlar. Daha sonra tədbir Xocavənd qəsəbəsində yerləşən Mədəniyyət evində davam etdirilmişdir. Tədbiri Xocavənd rayon Xocavənd kənd icra nümayəndəsi İltifat İbrahimov giriş nitqi ilə açıq elan etmişdir. Daha sonra çıxış edən Xocavənd 1 saylı orta məktəbin drektoru Sürayyə Məmmədova və şəhid atası Sahib Babayev çıxış edərək öz doğma kəndlərinin işğalı ilə bağlı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlərlə iş şöbəsinin müdiri Ruslan Şirinov Xocavənd kəndinin işğalı ilə bağlı öz təəssüratlarını bildirdi və erməni qəsbkarlarının təcavüzünü pislədi. Xocavəndlilərin Qarabağ savaşında öndə dayandıqlarını və bu yolda sona qədər mübarizə apardıqlarını qeyd etdi. O, çıxışında bu gün torpaqlarımızın işğal altında olmasına baxmayaraq biz Xocavəndlilərin doğma torpaqlarımızın tezliklə işğaldan azad olunmasını və həmin torpaqlara qayıtmaq arzularımızı dilə gətirərək, Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə Xocavəndə qayıdacağımız günün uzaqda olmadığın qeyd etdi.Tədbir Xocavənd rayon 1 saylı məktəbin şagirdlərinin nümayiş etdirdiyi ədəbi-bədii kompazisyanın nümayişi ilə başa çatdı.

Keçidlər