Şriftin ölçüsü :

Saytın rəngi :

Ukraynanın Odessa şəhərində keçirilən Karate üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil etmiş idmançılara pul mükafatı təqdim edilmişdir.

25 may 2017 | 16:00

25 may 2017-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tərəfindən  Ukraynanın Odessa şəhərində keçirilən Karate üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil etmiş idmançılar: Qurbanov Ümid Fariz oğlu (IIyer), Gözəlov Rahib Sahib oğlu (IIyer), Süleymanli Ülvi Bəhrəm oğluna (IIIyer) və  məşqçi Nəsibov Sahib Cəmil oğluna pul mükafatı təqdim edilmişdir. Tədbirdə çıxış edən başçı bildirmişdir ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, aparılan siyasət   Azərbaycan idmançılarının  müxtəlif idman yarışlarında yüksək nəticə əldə etməsinə səbəb olmuşdur.İdman sahəsində qazanılan nailiyyətlər dövlətimizin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını   müəyyənləşdirən    vacib  meyarlardan  biri  kimi təbliğati siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Eyvaz Hüseynov bu günlərdə Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına layiqincə ev sahibliyi etməsini və idmançılarımızın  75 qızıl medalla İslamiadanı birinci yerdə başa çatdırdığını da diqqətə çatdırıb. Bildirib ki, komandamız 162 medal ilə yüksək nailiyyət göstərdi. İdmançılarımız gərgin idman mübarizəsi nəticəsində qələbə qazandılar. İstər təşkilatçılıq, istərsə də yarışlar baxımından Oyunların yüksək səviyyədə keçirilməsi hər birimizi qürurlandırdı.

Keçidlər