28 May Respublika Günü münasibətilə bayram şənliyi keçirilmişdir
26 may 2017 | 16:00
26 may 2017-ci il tarixdə Xocavənd qəsəbəsində 28 May Respublika Günü münasibətilə bayram şənliyi keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirakı ilə keçirilən tədbirə 425 nəfər qatılmışdır. Rayon Mədəniyyət Evi və Salakətin kənd tam orta məktəbinin birgə hazırladığı konsert proqramı iştirakçılar tərəfindən maraqla izlənmişdir.