Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart soyqırımı insanlığa qarşı amansız cinayətdir

31 mart 2017 | 16:00

31.03.2017-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində Azərbaycanlıların soy-qırımı günü münasibətilə ümumrayon tədbiri keçirildi.
      Tədbirdə Xocalı rayon İc-ra Hakimiyyətinin başçısı cə-nab Şahmar Usubov, müəssi-sə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
      Əvvəlcə Vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqi-qəlik sükutla yad edildi.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-sının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva 99 il əvvəl erməni quldurları tərəfindən xalqımı-zın başına gətərilən soyqırım aktlarından danışdı. O, bildirdi ki, Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.
     Sonra məruzə ilə söz Xocalı rayon Başkənd kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Sevda Məmmədovaya verildi. Sevda Məmmədova geniş məruzə ilə azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarından və bu soyqırım aktlarına verilmiş siyasi-hüquqi qiymət haqqında çıxış etdi. O, bildirdi ki, Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq rusların çoxdankı planı idi. Ona görə də Şimali Azərbaycanın işğal edilmiş bölgələrinə İran və Osmanlı imperiyasından ermənilərin köçürülməsi təsadüfi deyildi. Hələ I Pyotr dövründə əsası qoyulmuş rus-erməni münasibətlərini həyata keçirmək üçün əlverişli şərait yaradılmışdır. A.S. Qriboyedov və general İ.F. Paskeviç müqavilə hazırlanarkən İrandan ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi məsələsini də unutmadılar. Türkmənçay müqaviləsi-nin XV maddəsində bu məsələ hərtərəfli əksini tapdı. Şimali Azərbaycanın cənub-qərb və qərb torpaqlarına ermənilərin köçürülməsini təşkil etmək üçün Naxçıvan və İrəvanda köçürmə komitələri yaradılmışdır. Köçürülənlərə geniş imtiyazlar verilmişdir. Ermənilər havadarlarının maddi və hərbi dəstəyi ilə XIX və XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişdir. Həmin soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Bu faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir.
    1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər.
Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türkdür deyə dərhal qətlə yetirirdilər.
     “Daşnaklar” deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir.” Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları işgəncələrlə qətlə yetirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırdılar. Azərbaycan xalqına qarşı edilən soyqırımlar bununla da bitmədi. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Biz bu vəhşiliklərə, bu amansız qırğınlara göz yuma bilmərik. Tariximzi unutmağa haqqımız yoxdur.
      Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev məruzə ilə çıxışında ermənilərin planlı şəkildə hazırladıqları soyqırım aktlarından və bu soyqırım aktlarına verilən hüquqi-siyasi qiymət haqqında ətraflı məlumat verdi. Dərgah Haqverdiyev fikirlərinə əlavə etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Bütün şüurlu fəaliyyətini öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev 20 Yanvar, Xocalı faciəsi kimi soydaşlarımızın kütləvi qırğınına səbəb olmuş 1918-ci ilin Mart hadisələrinə də siyasi qiymət verilməsinə nail oldu. Bununla da, Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi.
       Xocalı RPŞ-nin rəisi Eldar Bağırov çıxışında qeyd etdi ki, 31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Mart hadisələrində minlərlə günahsız insan ermənilər tərəfindən kütləvi qırğına məruz qalmışdır. Bakıda və qəzalarda on minlərlə dinc əhali məhv edildi, məscidlər, məktəblər, memarlıq abidələri dağıdıldı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə apardığı soyqırım siyasəti ifşa olundu. Ulu Öndərin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi.
       Yekun olaraq rayonumuzun başçısı cənab Şahmar Usubov çıxış edərək Azərbaycan xalqının başına gətirilən müsibətlərin səbəblərindən söhbət açdı. Şahmar Usubov bildirdi ki, tarixə nəzər salsaq görərik ki, türk dövlətlərinin siyasətində heç bir millətin dininə, dilinə, tarixi abidələrinə toxunulmayıbdır. Əksinə müstəmləkəsi olduğu xalqın inkişafına təkan vermişdir. 1905-1906-cı illərdə Azərbaycanın ən münbit torpaqları ermənilərə verilib. Ermənilər qədim alban kilsələrini özününküləşdiriblər. Xalqımızın ziyalı insanlarını məhv ediblər. Rusiyanın tərkibində olarkən azərbaycanlılar hərbiyə çağrılmayıb. Ermənilərə isə bütün şəraitlər yaradılıb, hərbi biliklər verilib.
Ancaq bu gün ölkəmizdə böyük milli təbliğat siyasəti həyata keçirilir. Gələcək nəsillərə həqiqətləri çatdırmaq vacibdir. Hər vətəndaş öz çalışdığı sahədə milli ruhumuzu saxlamalı və təbliğ etməlidir. Artıq erməni diaspruna qarşı layiqli mübarizə aparılır. Azərbaycan dövləti son illər güclü erməni lobbisi barədə mifi sındıran bir çox uğurlara imza atıb. Aprel döyüşlərində bizim haqlı və güclü olduğumuzu dünyaya çatdıra bildik. Biz mütləq doğma torpaqlarımıza qayıtmalıyıq.
       Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Erməni təcavüzünün tanıdılması İctimai Birliyinin “Onlar heç vaxt böyüməyəcəklər” layihəsi çərçivəsində hazırlanmış film nümayiş etdirildi.

Keçidlər