Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon ümumtəhsil müəssisələrində “Son zəng” mərasimi keçirilmişdir

14 iyun 2017 | 16:00

14 iyun 2017-ci il tarixdə Xocavənd rayon ümumtəhsil müəssisələrində “Son zəng” mərasimi keçirilmişdir.  Salakətin kənd tam orta məktəbində “Son zəng” mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Quliyeva bildirmişdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin prioritet istiqamətlərindən birini məhz gənclərin hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması təşkil edir. Bu baxımdan gənclərə yaradılmış şəraitdən, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından və təhsil müəssisələrində qazanılan uğurlardan danışan natiq məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı. Məzunları uğurla ali məktəbləri bitirərək rayonumuzun gələcək həyatında fəal rol oynamağa səslədi. Bu günün məzunlarının bir gün öz doğma məktəblərini ali təhsilli, vətənə, millətə yararlı şəxsiyyətlər kimi ziyarət edəcəklərinə ümidvar olduğunu bildirdi.
Tədbir məzunların ürək sözlərini söyləməsi və “Son zəng”in səsləndirilməsi ilə başa çatdı.

 

Keçidlər