Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumrespublika müsabiqəsinə yekun vuruldu

22 dekabr 2012 | 16:00

Ümumrespublika müsabiqəsinə yekun vuruldu Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və Qarabağın salnaməsini araşdıran, tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, Qarabağ müharibəsi və digər istiqamətləri əks etdirən “Yaddan çıxmaz Qarabağ” mövzusunda ümumrespublika yazı və telesüjet müsabiqəsinə yekun vurulmuşdur. 21.12. 2012-ci il tarixdə, saat 16-30-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında keçirilən tədbirdə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyəti üzvüləri, Xocavənd rayon ictimaiyyəti və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə ümumilikdə 150 nəfərdən artıq iştirakçı qatılmışdır. Münsiflər heyətinin qərarına əsasənAzərbaycan dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlətçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin nəticələri” başlıqlı məqaləsi. İkinci yerə Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevin “Qarabağ rəssamlıq məktəbinin XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında rolu” məqaləsi. Üçüncü yer üçün isə iki iş, jurnalist Könül Cəfərlinin “Ürək dağlayan əsgər hekayəti: Siqaret, paqon mərmi... “ və Seymur Həsənlinin “Erməni millətinin mahiyyəti və Qarabağa gedən yol” məqalələri layiq görülmüşdür.Rus dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə jurnalist Rizvan Hüseynovun “Naş neizvedannıy Naqornıy Karabax. Poezdka v Nargiztepe” məqaləsi. İkinci yerə jurnalist Bəhram Batıyevin “Boroda intellektualnoqo çudaka Vassermana zaputalas v Karabaxe” başlıqlı məqaləsi, Bakı Slavyan Universitetinin müəllimi Djeyla İbrahimovanın təqdim etdiyi “Nepokorennıy Xodjalı” məqaləsi üçüncü yer üçün ayrılmış mükafatla təltif edilmişdir Müsabiqəyə təqdim olunmuş filim və süjetlər sujetlər üçün birinci yerə Bəxtiyar Qaracanın “Ruhum Qarabağlıdır” filmi, ikinci yer üçün isə iki yer Elxan Yusiflinin “Savaş bitməyib proqramı”nda şəhid Əfqan Yəhyayev haqqında çəkmiş olduğu film, Etibar Məmmədovun “Soyqırımı Qaradağlı ...davam edir”filmləri layiq görülmüşlər. Müsabiqədə müxtəlif nominasiyalar üzrə iştirak etmiş 6 müəllif həvəsləndirici mükafatlarla təltif olunmuşlar. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Millət vəkili Elman Məmmədov və başqaları çıxış etdilər. Mükafatları qaliblərə müsabiqənin keçirilməsi ilə bağlı yaradılmış Münsiflər heyətinin sədri Millət vəkili Elman Məmməddov təqdim etdi. Təqdim etmə mərasimindən öncə Xocavənd rayonunun işğalının 20-ci ildönümü ilə bağlı çəkilmiş videoçarxlar nümayiş olund

Keçidlər