Şriftin ölçüsü :

Saytın rəngi :

“2017-ci ilin birinci yarımili ərzində Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr ” barədə Rayon İcra Hakimiyyəti başçısının

17 iyul 2017 | 16:00
                                         H E S A B A T I                                      
Müasir Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Azərbaycanda 2017-ci ilin birinci yarımilində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının  yaradılması istiqamətində islahatlar davam etdirilmiş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Milli inkişaf siyasətinin uğurla davam etdirilməsinin nəticəsi kimi, qətiyyətlə və uğurla həyata keçirilən davamlı, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı ötən dövr ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmış, milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə mühüm uğurlar əldə edərək  Cənubi Qafqazda lider ölkə statusunu qorumuşdır.
2017-ci ilin birinci yarısında qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində  dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin aparıcı qüvvəsinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Möhtərəm dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.
Dünya maliyyə bazarlarındakı çətinliklər önündə ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycan xalqının Ümüummilli  Lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqdisadiyyatı artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində mühüm layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifah halının  daha da yaxşılaşması üçün zəruri tədbirlər görülmüşdür.
Bu gün qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və  cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə yadda qaldı. Müasir dünyada baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi, enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan dövlətə ciddi təzyiq vasitəsinə çevrilmişdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə əsaslandırılsa da, başlıca səbəbləri böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur. Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi.Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin strateji kursunu uğurla davam etdirməsi dayanır və həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları birləşdirir.   
Ölkəmizin bütün dünyada baş verən qlobal böhrandan kəskin şəkildə təsirlənməməsi, siyasi çaxnaşma və təlatümlərdən uzaq durması birinci növbədə ölkəmizin müdrik şəkildə, uzaqgörənliklə və düzgün strateji yol izləməklə idarə olunması ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş və dahiyanə şəkildə hazırlanmış siyasi kursun bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafındakı dayanıqlılığın başlıca səbəbidir. Ölkəmizin rəqabətədavamlı inkişafının təmin edilməsində qeyri-neft sektorunu vacib amil kimi önə çəkən dövlət başçımızın bu məqsədlə apardığı islahatlar, iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Keçən dövr ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda ölkə həyatının bütün sahələrində olduğu kimi, qeyd olunan sahədə də özünü göstərən sürətli islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafına geniş imkanlar yaratmış, əldə olunmuş nailiyyətlərin miqyası əhəmiyyətli dərəcədə genişlənmişdir.
Ötən illərdə olduğu kimi, hesabat dövrü ərzində iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin sosial-rifah halının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu müddət ərzində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla,uğurla davam etdirilməsi, qətiyyətli və gərgin əməyi  sayəsində mümkün olmuşdur. Dövlət başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi kimi mühüm addımlardan ibarətdir. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi iqtisadiyyatın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan  enerji təminatı sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır. Məhz bu müdrik siyasətin nəticəsində dünyada davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan dövlətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Hesabat dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmışdır. Müasir gərgin şəraitdə təbii ki, hər bir ölkənin ilk növbədə daxili resurslara arxalanması, öz təhlükəsizliyini daha da möhkəmləndirməsi əsas problem kimi aydın görünür. Dünyada yaşanan maliyyə və iqtisadi böhran iqtisadi modeldə müəyyən düzəlişlərin aparılmasını mühüm tələb kimi qarşıya qoyur. Azərbaycan da bu yolla gedir və düşünülmüş siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil siyasət yürüdür. Ölkədəki sosial-iqtisadi inkişaf və dünya bazarında müvəffəqiyyətlə təmsil olunmağı beynəlxalq birliyin daim nəzərindədir və ölkənin beynəlxlaq iqtisadiyyatda və siyasətdə əhəmiyyəti durmadan artır.
2017-ci ilin birinci yarımili ərzində sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Qloballaşma dövründə əhalinin sosial rifah halının yaxşılaşdırılması inkişafın əsas əlaməti hesab olunur. Sosial rifahın davamlı yüksəlişinin təmin edilməsində isə cəmiyyətin mövcud əmək potensialı və resurslarının səmərəli şəkildə reallaşması, buna hesablanmış məqsədyönlü siyasətin həyata keçirilməsi, əldə olunan gəlirlərin ədalətlilik prinsipi əsasında bölüşdürülməsi kimi faktorlar mühüm rol oynayır. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ötən dövrdə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən  çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər.
2017-ci il iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Əfsuslar olsun ki, 2017-ci ildə dünyada həm bizim bölgəmizdə, həm də dünyada narahatedici məqamlar kifayət qədər çoxalmış, çox təhlükəli meyllərin daha da güclənməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmiş, xalq-iqtidar birliyinin nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmişdir. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və gücünün sürətlə artması müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin gəlirlərinə mənfi təsir göstərməsinə baxmayaraq bu ilin birinci yarımili ərzində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 4.4 faiz artmışdır.
Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyllərinin, enerji bazarında ötən illlərdə başlamış və bu gün də davam edən qiymətlərin kəskin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Dünyada baş verən maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün Azərbaycan dövləti qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın valyuta ehtiyatlarını qorumaqdan ibarət idi. Qlobal maliyyə böhranının təsirinə və neftin qiymətinin enməsinə baxmayaraq, bu çətin vəzifənin öhdəsindən də layiqincə gəlmək mümkün oldu. Bu da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində əvvəlki illərdə atılmış addımlarla bağlıdır.  Birinci yarımildə bizim valyuta ehtiyatlarımız 3 milyard dollar səviyyəsində artaraq 40.6 milyard dollar təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, qətiyyətli siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində ötən dövr də ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. Dünyada baş verən sosial-iqtisadi böhran səbəbindən bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalmasına baxmayaraq bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayənin böyük hissəsi xarici sərmayədir.
İdxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalın stimullaşdırılması, biznes qurumlarına çox gözəl şərait yaradılması və digər tədbirlərə dövlət investisiyaları qoyulması bizim iqtisadi sabitliyimizi təmin etmişdir. Bu ilin altı ayı ərzində ölkədə xarici ticarət dövriyyəsi 36 faiz artmışdır ki, bu da çox yaxşı göstəricidir. Ən önəmlisi və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız 27 faiz artmış, idxal isə 15 faiz azalmışdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir və hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir.
 Azərbaycan bu gün qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, xüsusilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlar davam etdirilmişdir. Həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı,  birbaşa  xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi  çəkisi  yüksək  olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir. İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin   yaradılması   diqqət  mərkəzində  saxlanılmışdır. Gömrük  rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması, nağdsız ödəmələrin genişləndirilməsi,    şirkətlərin    nağdsız     əməliyyatlar     aparması     stimullaşdırılmışdır.
 İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində ciddi addımlar atılması, bu sektorun böyük potensialından səmərəli istifadə edilməsi zərurətini yaratmışdır. Bu mərhələni cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, iqtisadi islahatları sayəsində  əldə etmək  mümkün olmuşdur. Hazırda  bu  yüksək  templəri  növbəti illərdə də saxlamaq və iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı etmək üçün bütün addımlar atılır.
Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər   bir vətəndaşın maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Keçən dövr ərzində Azərbaycan dövləti dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir etmişdir. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra da görüləcək işlər, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxaraq, iqtisadi inkişaf tempi təmin edilmişdir. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə  xidmət  edən iqtisadi  siyasət  ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Ötən dövrdə sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və müasir texnologiyalara  əsaslanmaqla  yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial  infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı ilə əlamətdar olmuşdur. Hesabat dövrü ərzində sosial infrastruktur layihələri icra edilmiş, əhalinin su, qaz, elektrik enerjisi  və  istiliklə  təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, yolların salınması işləri  davam etdirilmiş, sosial infrastruktur obyektlərinin tikintisi aparılmış və hal-hazırda da bu davam etdirilir. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmiş, 20-dən  çox modul tipli məktəb tikililib istifadəyə verilmiş, ilin sonuna qədər isə onların sayı 100-ə çatdırılacaqıdır. Sosial proqramlardan biri də əhalinin tibbi müayinədən keçmə layihəsidir ki, bu tədbir zamanı beş milyon insan tibbi müayinədən pulsuz keçmişdir.
Həmçinin  turizm  sektorunun  inkişafı üçün sonsuz imkanlara malik Azərbaycanın son illərdə paytaxt və bölgələrdəki şəhərləri dünyanın ən müasir, dinc və sakit yaşayış məskənləri kimi turistləri cəlb edir. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdırsa, bu ilin birinci yarısında artıq 25 faiz artım olmuşdur. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Bu artıma səbəb isə zəruri infrastrukturun yaradılması və cənab Prezidentin göstərişi ilə “ASAN viza” sisteminin  tətbiqidir. Müasir  dünya  turizminin  təcrübəsindən ciddi faydalanmaq, yenilikləri tətbiq etmək, yerli və xarici sərmayənin cəlb edilməsi ölkənin digər məqbul zonalarında da turizmin inkişafına təkan verəcəkdir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla  yanaşı, ölkə  iqtisadiyyatının  davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olmaqla bərabər Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə  görə  lider  mövqedə qərar  tutan Azərbaycan üçün xarakterik  xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini  dövlət  siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Keçən dövr ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün bölgələrin hərtərəfli  və  tarazlı inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Dünyada baş verən məlum kataklizmlərin fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti və qeyri-neft sektorunun  inkişafının  təmin edilməsi ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının təşəbbüsü ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi  sayəsində  neft  gəlirlərindən  məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirilmişdir. Beləliklə, qeyri-neft sektorunun inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində qeyri-neft iqtisadiyyatımız  birinci yarımildə 1,7 faiz  artmışdır. Qeyri-neft  sektorunun  inkişafı bizim prioritetimizdir. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim edilmiş layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət  öz  tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edir. Mingəçevir Sənaye Parkında  9 zavod  tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirik ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Əminik ki, bütün rayonlarımızda cənab Prezidentin tapşırığına uyğun olaraq tezliklə sənaye zonaları yaradılacaqdır.
Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya  qoyan  hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə  infrastruktur  layihələrinin  gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də  güclü iqtisadi dayaqlar  olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Bununla yanaşı, möhtərəm cənab Prezident tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, nəqliyyat-tranzit potensialının reallaşdırılması qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı olaraq yüksəlməsini təmin etmişdir.    
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Həmçinin sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin  gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, qiymətlərin süni şəkildə qaldırılması və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi kimi tədbirlər məqsədyönlü şəkildə davam etdirilmişdir. Ölkədə sənaye istehsalının gücləndirilməsi, aqro və texnoparkların, bütün regionlarda sənaye zonalarının yaradılması artıq zərurətə çevrilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması bütünlükdə sahibkarlığın inkişafına yeni təkan rolunu oynamalıdır. Bununla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdiriləcək, iş adamlarına güzəştli kreditlərin verilməsi diqqət mərkəzində olacaqdır.
Ötən dövrdə ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində  nəzərdə tutulan tədbirlər  uğurla həyata keçirilmiş, sahibkarlığın inkişafının  və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Hesabat dövrü ərzində ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması nəicəsində kənd təsərrüfatının istehsalı 2.2 faiz artmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam  etdirilmişdir. Keçən dövrdə də aqrar sektorda dövlət dəstəyi tədbirləri ardıcıl xarakter daşımış, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olub. Son illərdə aqrar sektorda reallaşdırılan nəhəng tutumlu investisiya layihələri, həyata keçirilən geniş-miqyaslı islahatlar daha yeni məqsədlərə köklənməyə imkan verir. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcəkdir. Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir və bu günə qədər dövlətin təşəbbüsü  və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi isə 38 böyük aqropark yaradılır.  Ppambıqçılığın şöhrətini bərpa edilməsi səbəbindən  artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Yəni əkin sahələri təqribən 3 dəfə artırmışdır. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Dövlətin biavasitə dəstəyi sayəsində  keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlanıldı. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdisə, artıq keçən il 70 ton barama, bu il isə 244 ton yaş barama tədarük edildi. Yəni, keçən ilə nisbətən 3,4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Şəki ipək kombinatı indi daha böyük həcmlə işləyir. Əkilən tut tingləri və apardılan siyasət əminik ki, yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək. Kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılığın, zeytun bağlarının artırılması diqqət mərkəzindədir. Cənub zonasında çayçılığın və çəltikçiliyin bərpası istiqamətində işlər gedir. Bununla bərabər, demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq. Heyvandarlıq iki faizdən çox artıb. Onu da qeyd edək ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var.
Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Beləliklə, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu, Azərbaycanın milli inkişafı kontekstində müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Hesabat dövrü olan birinci yarımildə 122 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 101 mini daimi iş yeridir. Eyni zamanda qeyd etmək lazımdır ki, 24 min iş yeri bağlanmışdır. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri vardır və bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, həmçinin özəl sektorda da davam edir.
Son illər dünyanın ən sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilən Azərbaycan hazırda müstəqil siyasi-iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın digər sahələri kimi, yanacaq-energetika kompleksi də inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, ümumilikdə ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Dövlət başçısının həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasət kursu, 2017-ci ilin əvvəlindən bir-birinin ardınca  müxtəlif ölkələrə rəsmi səfərləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu, balanslı və tarazlaşdırılmış xarici siyasət kursunun sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun olaraq uğurlu davamından xəbər verir. Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri, qarşlıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq və şəffaflıq prinsipləri əsasında yürüdülmüş, Azərbaycanın suveren, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə  xidmət etmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edərək öz mövqeyini müdafiə etmiş və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Azərbaycanın getdikcə yüksələn reytinqi bir daha təsdiqləyir ki,  xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu siyasi kurs  respublikamızın ikitərəfli formatda ayrı-ayrı dövlətlərlə yüksək səviyyədə qarşılıqlı münasibətləri ilə yanaşı, beynəlxalq təşkilatlarda da mövqelərimizi gücləndirir. Son zamanlar regionda, bütövlükdə dünyada baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm cənab Prezident İlham Əliyev bu ilin altı ayı ərzində beş Avropa və beş müsəlman ölkəsi olmaqla 10 xarici ölkəyə səfər etmişdir ki, bu səfərlərin də çox böyük əhəmiyyəti var. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, cənab Prezidentin Avropa Komissiyasına çox uğurlu səfəri olmuş, Fransa və Polşaya rəsmi səfərlər etmişdir. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə möhtərəm Prezidentin səfərləri sayəsində  Azərbaycan bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir ki, bu da çox gözəl göstəricidir.
Həmçinin birinci yarımildə Azərbaycanda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçılarının iştirak etdiyi, dünya miqyasında önəmli beynəlxalq tədbirlər sırasına daxil edilmiş V Qlobal Forum keçirilmişdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.
Bu il bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir.
Eyni zamanda Bakıda qlobal bir tədbir olan IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi.
O cümlədən dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biri - 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Trampın Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevə ünvanlanan məktubu əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır,bir daha bizim strateji əlaqələrimizi təsdiqləyir və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur.
Möhtərəm dövlət başçısı xarici səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Digər tərəfdən, xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin aparıcı istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Son zamanlar istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi görüşlər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın artırılması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də mühüm rol oynayır.
Cari ilin birinci yarısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəni xüsusilə qeyd etmək lazımdır. Birincisi, Dağlıq Qarabağda keçirilən qondarma “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Çünki bütün qonşu və Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular.
Biz yaxın tarixdən yaxşı bilirik ki, Ermənistan həmişə çalışır ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da o vaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi. 2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.
O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Azərbaycan ictimaiyyəti də bilir ki, bu cinayət cavabsız qalmadı. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələri nəticəsində bir çox işğalçı məhv edildi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.
Eyni zamanda onu da qeyd etməliyik ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu il də qaçqın və məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır. Ancaq onların arasında bu il açılmış Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi bərpa edildi və orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Cocuq Mərcanlıdan olan ailələr oraya qayıdır. Açılışda iştirak edən cənab Prezidentin növbəti Sərəncamına uyğun olaraq növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminik ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır. Həmçinn Tərtər rayonunda inşa edilən və yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulan böyük qəsəbədir. Eyni zamanda Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də əminliklə qeyd edirik ki, yaxın vaxtlarda öz həllini tapacaqdır. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir. Bu şəhərlərdə həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Onların arasında Qaradağ  rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür və bunu xüsusilə qeyd etmək lazımdır. Çünki bu, bir yenilikdir, çox gözəl nümunədir və  özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir.  
Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Ölkənin hərbi potensialı möhkəmlənmiş, erməni təxribatlarının qarşısı qətiyyətlə alınmış, strateji cəhətdən vacib yüksəkliklər ələ keçirilərək Azərbaycan ordusu təmas xəttində tam üstünlüyünü təmin etmiş və öz iradəsini diktə etmişdir. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Sirr deyil ki, hazırda beynəlxalq birlik, aparıcı dövlətlər dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar münaqişələrə tam fərqli mövqe nümayiş etdirir ki, bu da hazırkı dövrdə dünya siyasətində ikili standartların bariz nümunəsi kimi xarakterizə oluna bilər. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda,Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı, danışıqlar prosesində imitasiya taktikasını seçməsi səbəbindən münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz!”.
Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, milli həmrəyliyin təmin edilməsi, ən başlıcası vətəndaş cəmiyyətinin qurulması naminə dövlət tərəfindən görülən işlər ölkəmizin tərəqqisini və xalqımızın rifahını yüksəldir.   Heydər Əliyev Fondu yaradılarkən Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdur. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Azərbaycan qədimdən Qərb və Şərq sivilizasiyalarını həm geosiyasi, həm də mənəvi baxımdan birləşdirən, bütün ölkələr və xalqlarla sülhsevər siyasətə sadiq, ən müxtəlif millətlərin və konfessiyaların nümayəndələrini dini dözümlülük və qarşılıqlı anlaşma ruhunda birləşdirən çoxmillətli dövlətdir.
2017-cı ilin yarımili ərzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən  yolun  çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. 
“2016-cı ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 09 fevral 2017-cı il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan  və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Beyləqan rayon ərazisində Xocavənd rayonundan olan olan məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbədə məskunlaşmış sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə hər bir ailəyə 0.60 ha  olmqla torpaq sahəsi paylanmışdır. Xocavənd  qəsəbəsi ilə Füzuli rayonunun  “Qayıdış”  qəsəbələrini birləşdirən  2 km-lik məsafənin asfalt beton örtüyü  ilə  üzlənməsiişləri başa çatdırılmışdır. Xocavənd qəsəbəsi ilə Yeni Qaradağlı qəsəbələrini birləşdirən avtomobil yolu qum-çınqıl örtüyü ilə təmir edilmişdir.
            2017-cı ilin altı ayı  ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə 950 ədəd küknar ağacı əkilmiş və bu işlər  də davam etdiriləcəkdir.
Rayonda şəhid ailələrinin, Qarabağ  müharibəsi əlillərinin, kimsəsizlərin, yataq xəstələrinin və digər kateqoriyalardan olan aztəminatlı ailələrin sosial vəziyyətini qismən yaxşılaşdırmaq məqsədilə  Xocavənd  Rayon İcra Hakimiyyəti başçısının  Xeyriyyə Fondu hesabına 2017-cı ilin birinci yarımilində 40  ailəyə orta hesabla 150 manat maddi yardım göstərilmişdir.
  Hesabat dövründə Rayon Məşğulluq Mərkəzinə 60 nəfər (27 nəfəri  qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 27 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 11 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. 01 iyul 2017-cı il tarixə idarə, müəssisə və təşkilatlar tərəfindən verilən boş iş yerləri haqqında verilən hesabat formasına əsasən rayon üzrə 87 vakant boş iş yerləri mövcuddur. 
2017-ci ilin altı ayı ərzində  rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 1212.2  min manata qarşı 1155.0 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 95.2 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 270.3 min manat proqnoza qarşı  288.1 min manat icra olunmuşdur ki, bu da  proqnozun   106.6 %-ni təşkil edir.
2017-cı ilin  birinci rübündə  xərc 3839.6 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 1691.4 min manat az olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı  isə 255.4  manat təşkil etmişdir.                                             
2017-ci ilin altı ayı ərzində  Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 274.5 min  manat proqnoza qarşı 321.7 min  manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş  və proqnoza 117  faiz əməl olunmuşdur. Hal-hazırda Xocavənd rayon Vergilər  İdarəsində  sahibkarlıq fəaliyyəti ilə məşğul olan  1079 nəfər təşkil edir ki, onlardan 134 fiziki şəxs, 945 nəfər isə hüquqi şəxs kimi qeydiyyata durmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərdən 473-ü aktiv, 472-i passiv, hüquqi şəxslərdən   50-i  aktiv, 84-ü isə passiv fəaliyyət göstərir. Bu günə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan istər fiziki, istərsə də hüquqi şəxslərin fəaliyyətinə qeyri-qanuni müdaxilə olunmamışdır.
           “Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt, bank və maliyyə xidmətləri göstərir. 2017-cı ilin altı ayı ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Görülmüş işlərin nəticəsi olaraq filial üzrə altı aylıq tarif gəliri tapşırığına 158 faiz yerinə yetirilmişdir 
2017-ci ilin altı ayı ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2340 (2016-ci ildə 2068 baş)   o cümlədən  inək və camışlar 1178 baş, (2016-ci ildə 1084 baş) qoyun və keçilər 21009  baş (2016-ci ildə 15370 baş) olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 4700,0 sentner, (2016-ci ildə 2713,0 sentner),  süd istehsalı (fiziki çəkidə) 13500,0  sentner, (2016-ci ildə 10676,0 sentner) yumurta istehsalı (min ədədlə) 172,0 ədəd, (2016-ci ildə 167,0 ədəd),  yun istehsalı (fiziki çəkidə) 235,0 sentner (2016-ci ildə 495,0 sentner,)  olmuşdur.  Bundan başqa  01 iyul 2017-ci il tarixi vəziyyətinə 5500,0 hektar  buğda sahəsindən 10812,6 ton məhsul əldə olunmuş  hər hektara 19,7 sentner, 127,0 hektar arpa sahəsindən 228,0 ton məhsul əldə olunmuş hər hektara 18,0 sentner, 26,0  hektar  kartof sahəsindən 299,0 ton məhsul əldə olunmuşdur.
Hesabat dövrü ərzində ƏƏSMN yanında DSMF Xocavənd rayon şöbəsinin müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2017-ci ilin altı ayı ərzində  məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 231.2 min manat, o cümlədən 204.1  min manat  büdcə, 27.1  min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 204.1  min manata qarşı 188.8  min manat  (92.5%), qeyri-büdcə üzrə 27.1 min manata qarşı  15.6 min manat (57.6%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 88.4 faiz əməl olunmuşdur.
01 iyul 2017-ci il tarixə ƏSMN yanında  Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1141 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1038 nəfəri işləməyən, 103 nəfəri isə işləyən təqaüdçülərdir. Altı ay ərzində   işləyən və işləməyən  əhaliyə  müavinətlərin  ödənilməsi  üçün  1258.3  min  manat  vəsait  xərclənmişdir.
2017-ci ilin 01 iyul vəziyyətinə 2137 nəfər şöbədə fərdi uçotda qeydiyyat durmuşdur. Onlardan 2115 nəfərinə sosial siğorta şəhadətnaməsi verilmişdir. Rüb  ərzində    591 nəfərə sosial müavinət vermişdir. 01 iyul 2017-ci il tarixə  büdcədən sosial müavinət və uşaq müavinətlərinin  ödənilməsi məqsədilə 283578.0 manat vəsait daxil olmuşdur ki, həmin vəsait  müavinət alan 591 nəfərə faktiki xərc edilmişdir.
Hesabat dövrü ərzində məcburi köçkün əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi, qaz və su təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi, qaz və su haqlarının ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış  qərargah üzvləri tərəfindən müntəzəm nəzarət olunur.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir.  Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun  ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin  məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində  mütəmadi olaraq  işlər görülmüşdür.
            2017-ci ilin müvafiq dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır. 2016-2017-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 2052  nəfər (2015-2016-ci tədris ilində 1921) şagirdin təlim-tərbiyəsi ilə 344 müəllim məşğul olmuşdur.
            Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2017-ci il ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2017-ci ilin yanvar  ayında  Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmişdir. Turnirin nəticələrinə uyğun olaraq 18 şagird yüksək nəticə göstərərək  yarımfinala vəsiqə qazanmışdır. 11 mart 2017-ci ildə keçirilmiş Respublika fənn olimpiadalarının yarımfinal turunda Xocavənd rayon 2 saylı tam orta məktəbin  IX  sinif şagirdi azərbaycan  dili fənnindən Respublika turuna vəsiqə qazanmışdır.
16 mart 2017-ci il tarixdə Xocavənd Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Azərbaycan  xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar  “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə Salakətin kənd tam orta məktəbinin X sinif şagirdi Şirinova Xədicə Elburus qızı I yer tutaraq Respublika mərhələsində iştirak hüququ qazanmışdır.
Cənab  Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsində xocavəndli məktəblilər də iştirak etmişdir. 23-26 mart 2017-cı il tarixlərində Quba-Qusar-Xaçmaz marşrutu üzrə Xocavənd rayonundan 20 şagird və 2 nümayəndənin  iştirakı təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin  2015-ci il 19 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi, təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması,  erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması,  məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi  qarşıda duran əsas vəzifələrdir. 2016-2017-ci tədris ilindən 5 yaşlı uşaqların məktəbə hazırlıq təhsili təşkil edilərək fəaliyyətə başlamışdır ki,   7 məktəb üzrə 101 nəfər 5 yaşlı  uşaq həmin məktəbəhazırlıq qruplarına cəlb edilmişdir.
Xocavənd rayon 2 saylı tam orta məktəbin IX sinif şagirdi Vəliyeva Aytən İslam qızı 02 iyun 2017-ci il tarixdə Respublika üzrə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsində qalib olmuş və Təhsil Nazirliyi tərəfindən “Fəxri fərman” la təltif edilmişdir.
 Rayon Mərkəzi Xəstəxanası və ona tabe olan sahə, kənd tibb məntəqələrində 27 ali təhsilli müxtəlif ixtisaslı həkim və 100 nəfər orta ixtisaslı tibb işçisi, 148 nəfər isə texniki işçi çalışır. Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində Xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 41 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. 
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının  07 fevral 2017-ci il tarixli 07 saylı sərəncamı ilə işçi qrupu  və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər  olmaqla 2 briqada  yaradılmış,  rayonda  müayinənin mütəşəkkil qaydada təşkili üçün  bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı  ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik  tərtib olunmuşdur. On səkkiz yaşdan yuxarı olan 7798 nəfər rayon sakinlərindən 6811 nəfəri pulsuz  tibbi müayinədən yararlanmışdır ki, onlardan 6552 nəfəri sağlam hesab edilmiş, 203 nəfəri ambulator müalicəyə, 56 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 3 nəfər müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmiş, 2 nəfər isə cərahiyyə əməliyyatı olunmuşdur. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşlar.
Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə  1 rayon, 6 kənd mədəniyyət evi,  8 kənd kulubu, 1 Rayon Mərkəzi Kitabxana Sistemi, 4 kitabxana filialı və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir. 2017-ci ilin altı ayı ərzində  rayon mədəniyyət müəssisələri tərəfindən müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli  adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə kənd kitabxana filialları Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək 7 şöbədən  ibarət Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi yaradılmışdır. Mərkəzi Kitabxana sürətli internet, tələbata uyğun olaraq kompüter, digər inventar avadanlıqlarla təmin olunmuş, MKS-nin kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə mütəmadi olaraq  işçilər ixtisasartırma kursuna göndərilmişdir.
“Dövlət Proqramı”na uyğun uyğun olaraq  www.khojavend.cls.az  internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd  müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə, kitabxanaların kitab fondunda  43,08 min nüsxə kitab mövcuddur ki, onlardan  27,991 min nüsxə  latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi  planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən, dünya kitabxana sistemləri ilə  inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
2017-ci ilin altı ayı ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsi təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, 9 aprel 2017-ci il tarixdə  Xocavənd Rayon İcra Hakimiyyəti və  VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə “Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş VKC-növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan Kuboku” keçirilmişdir. Tədbir iştirakçıları öncə Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin əziz xatirəsini yad etmişlər. Xocavənd Rayon İdman Kompleksində davam edən   yarışın açılış mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının prezidenti Nurəddin Quliyev, rayon ictimaiyyəti, idarə və təşkilat rəhbərləri, veteranlar və şəhid ailələri iştirak etmişdir. 24 rayondan 330 idmançının  iştirak etdiyi yarışın qalibləri Rayon İcra Hakimiyyəti  başçısının diplomu, medallar və kubokla təltif edilmişlər. Bundan başqa 18 aprel 2017-ci il tarixdə Xocavənd Rayon İdman Kompleksində “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş karate idman növü üzrə zona yarışı keçirilmişdir. Tədbirdə Şotakan karate-do  idman növünün inkişaf etdirilməsi və  ölkəmizin  beynəlxalq aləmdə təmsil və təbliğ olunmasında   əldə etdikləri  nailiyyətlərə görə bir qrup idmançı Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının  “Fəxri Fərman”ı ilə   təltif edilmiş, yarışın qalibləri diplom, medal və kubokla təltif edilmişlər.
2017-ci ilin 16-21 yanvar tarixlərində Bakı şəhərində Taekvondo idman növü üzrə gənclər və böyüklər arasında keçirilən ölkə birinciliyi və çempionatında 1 nəfər idmançı 74 kq çəkidə (kişilər) 3-cü yerə sahib olmuşdur. Bakı şəhərində 03-05 mart tarixlərdə keçirilən VKC növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatında karate-do kumite iriqumi-cyu qaydası üzrə Xocavənd rayonunu təmsil edən 2 nəfər idmançı 1-ci yerə, daha 2 idmançı isə yeri 2-ci yerə çıxmışdır. 04-07 aprel 2017-ci il tarixdə Cəlilabad rayonunda keçirilən Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə 2002–2004-cü il təvəllüdlü idmançılar arasında zona yarışında Xocavənd rayonunu təmsil edən 1 nəfər güləşçi 42 kq çəki dərəcəsində 1-ci yerə, həmin yarışın final mərhələsində (Balakən rayonunda 27-30 aprel tarixlərdə keçirilmişdir) isə 2-ci yerə çıxmışdır. 16-18 iyun tarixlərdə Xaçmaz rayonunda keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş VKC növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Çempionatında 2 nəfər idmançı 1-ci yeri, 1 nəfər idmançı isə 2-ci yeri əldə etmişdir.
Hesabat dövründə  ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyillərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
          Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı  (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq  ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri  və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq  işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart, Qaradağlı və Xocalı soyqırımlarına həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları  keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
Hər zaman olduğu kimi bu hesabat dövründə də Novruz bayramı və digər əlamətdar günlərdə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət evi ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
        Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə  bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış  Dini İşlər üzrə Komissiya  rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki,  rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 961 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 550 nəfərini qadınlar, 449 nəfərini  isə gənclər təşkil edir. Hesabat dövrü ərzində 24 nəfər partiya sıralarına qəbul olunub. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
 2017-ci  ilin birinci  yarımili  ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti aparatı  öz işini  Azərbaycan  Respublikası  Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə”nin tələblərinə uyğun quraraq  bu istiqamətdə  bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, altı ay ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası  Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə  müvafiq tədbirlər  həyata  keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
            Tərtib  olunmuş  qrafikə  uyğun  olaraq  həftənin  ayrı-ayrı günlərində İcra başçısı, müavinlər, şöbə və sektor  müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü  ərzində  Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 35 nəfər(2016-cı ildə 35 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 291 nəfər(2016-cı ildə 325 nəfər), (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-60,  İctimai-siyasi  və  humanitar  məsələlər şöbəsi-67, Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş şöbəsi-98, Hüquq şöbəsi-38, Memarlıq və tikinti şöbəsi-28) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər  yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
        Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 9-u (25,7 %)  işlə təmin olunma, 3-ü (8,6%) mənzil, 2-si (5,7%) ayrı təsərrüfat olma, 2-si (5,7 %) müalicə, 4-ü (11,4 %) yemək xərci, 4-ü(11,4 %)  maddi köməklik, 2-si (5,7 %) müharibə veteranı adı verilməsi, 3-ü (8,6 %) torpaq məsələləri, 6-sı (17,2 %)  isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi  üçün mövcud imkanlardan istifadə olunmuşdur.
        Səyyar qəbulların  səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, birinci yarım il  ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış,  qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və  vətəndaşlara qanuna müvafiq qaydada   cavablar  verilmişdir.
    Hesabat  dövrü  ərzində məcburi köçkünlərin məskunlaşdığı  13 rayonda 25 səyyar qəbul  keçirilmişdir. Keçirilmiş  görüşlərdə  ümumilikdə 575 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 40 məsələ barədə müraciətlər olunmuşdur. Səyyar qəbullar zamanı səsləndirilmiş  14 müraciətlə  bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 26 müraciətin  icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir. Səyyar qəbullar zamanı müxtəlif məsələlərlə bağlı səsləndirilmiş məsələlər    müsbət həll edilmişdır.
  Rayon  İcra hakimiyyəti  başçısının 2017-ci ilin birinci yarım ili ərzində  yerlərdə keçirdiyi səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional  idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş  şöbəsinə  əvvəlcədən təqdim olunmuş  qrafikə  uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış,  verilmiş  tapşırıqlar  aidiyyəti şöbələrdə  araşdırılaraq   nəticə ilə bağlı  vətəndaşa  və  rayon  İcra  hakimiyyəti başçısına  məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı  məlumatlar  İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə  göndərilməsi təmin edilmişdir.
 Rayon İcra Hakimiyyəti Aparatına daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların  müraciətləri  haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa və   Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 347 №-li Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"a uyğun olaraq qeydiyyata alınmış,  araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz  hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə  nümayəndəliklərinə,  idarə və təşkilat rəhbərlərinə  müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.      
       2017-ci ilin birinci  yarım ili ərzində  İcra Hakimiyyəti Aparatına vətəndaşlardan 146   müraciəti daxil olmuşdur. (Bu rəqəm 2014-cü ilin müvafiq dövrü ərzində  110, 2015-ci ildə 72, 2016-cı ildə  isə 81  olmuşdur.)  Yazılmış müraciətlərdə  vətəndaşlar  daha  çox  öz  gündəlik  qayğılarını əhatə edirlər ki, onlardan 13-ü (8,9%) (2016-cı ildə 12-si) Azərbaycan Respublikası Prezident  Administrasiyasından, 3-ü (2,1% ) (2016-cı ildə olmayıb)  Milli Məclisdən, 6-sı (4,1 %) (2016-cı ildə olmayıb) Nazirlər  Kabinetindən, 54-ü (37 %) (2016-cı ildə 43-ü) Mərkəzi İcra orqanlardan və digər rayonlardan, 70-i (47,9 %)  (2016-cı ildə 56-sı) isə  birbaşa Xocavənd Rayon İcra  Hakimiyyəti başçısı aparatına daxil olan  müraciətlərdir.
      Müraciətlərin 2-si (1,4 %) qəbul məsələləri, 8-i (5,5 %) Dövlət qulluğu və kadr məsələləri, 2-si (1,4 %) Rayon İH-nin fəaliyyəti, 9-u (6,2 %) torpaq, 1-i (0,7 %) Elm və təhsil, 1-i (0,7 %) səhiyyə, 12-si  (8,2 %) müdafiə, Qarabağ  münaqişəsi, orduya çağırış, 27-si (18,4 %) sosial müdafiə, 5-i  (3,4 %) mənzil, 77-si (52,7 %) qaçqınlara və məcburi köçkünlərlə bağlı məsələ, 1-i (0,7 %) təltif, təqaüd və fəxri adla,1-i (0,7 %) isə  müraciətlərə baxılma  məsələsi ilə bağlı olmuşdur.
İcra Hakimiyyəti Aparatına daxil  olan müraciətlərin 143-ü məktub, 3-ü  isə teleqram  olmuşdur.  Ümumi müraciətlərdən 112-si rabitə şöbəsi vasitəsi ilə, 34-ü şəxsən təqdim  olmuşdur.
Yarım ili ərzində daxil olan  müraciətlərin 76-sı müşayət məktubları ilə daxil olmuşdur ki, bunlardan 13-ü Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasından, 46-sı Qaçqınların və məcburi  köçkünlərin İşləri  üzrə Dövlət Komitəsindən,6-sı Baş nazirin müavinindən, 3-ü Baş prokurordan, 2-si insan Hüquqları üzrə müvəkkildən, 2-si Milli  Məclisin aparatından, 1- Milli Məclisdən, 1-i Səhiyyə nazirliyindən,1-i Dövlət təhlükəsizlik xidmətindən, 1-i isə Kənd Təsərrüfat nazirliyi tərəfindən göndərilmişdir.
Müraciət edən vətəndaşların sosial tərkibin təhlil edərkən məlum olmuşdur ki, bunlardan 76-sı işsiz, 25-i evdar qadın, 16-sı təqaüdçü, 4-ü fəhlə, 4-ü kəndli(fermer), 3-ü dövlət qulluqçusu, 3-ü səhiyyə işçisi, 2-si təhsil işçisi, 1-i mədəniyyət işçisi,1-i isə sahibkardır. Bunların 119-u məcburi  köçkün,13-ü şəhid ailəsi,1-i II dərəcə əlili, 1-i Qarabağ müharibəsi iştirakçısı, 1-i isə tək anadır. Yazılmış müraciətlərin 135-i fərdi,  11-i isə kollektiv formada yazılmış müraciətlərdir.
2017-ci ilin yarım ili ərzində rayon İcra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin 88,4 faizini ərizələr, 11,6 faizini  şikayətlər (2016-cı ilin müvafiq dövrü ərzində  müraciətlərin 82,7 faizini ərizələr, 16,0 faizini şikayətlər, 1.2 faizini isə təkliflər) təşkil etmişdir.
01.07.2017-ci il tarixə ümumi  müraciətlərin 32,2 faizi (47 müraciət) müsbət həll edilmiş,
65,8 faizi (96 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 2,0 faizi(3 müraciət) isə icradadır(2016-cı ilin müvafiq dövrü ərzində  daxil olan  müraciətlərin  55,8 faizi (46 müraciət) müsbət həll edilmiş, 2,5 faizi (2 müraciət)  əsassız sayılmış, 1,2 faizi (1 müraciət) qismən həll edilmiş, 39,5 faizi (32 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmışdır).
Şikayət ərizələri ümumi müraciətlərin 11,6 faizini  təşkil etdiyi halda, bu rəqəm 2014-cü ildə  27,6 faiz, 2015-ci ildə 20,8 faiz, 2016-cı ildə isə 16,0 faiz təşkil  etmişdir
      2017-ci  ilin birinci yarım ili ərzində  səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası,  həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və  görülmüş işlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına  məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayonu İcra hakimiyyəti başçısı  yanında  Şura  yığıncağında  müzakirəyə çıxarılmışdır.  Belə ki, 25.02. 2017-ci il tarixli 04 saylı Şura yığıncağında“2016-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar  görüşlərin təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti”, 29.03.2017-ci il tarixli 05 saylı Şura yığıncağında (Səyyar formada) isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun   “Azərbaycan” qəzetinin 15-16 fevral 2017-ci il tarixli nömrəsində “Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır”  analitik informasiya xarakterli təhlildən irəli  gələn vəzifələr və 2016-cı  il ərzində Xocavənd RİHB  Aparatına və onun tabe qurumlarına  daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti barədə vəziyyəti bərədə məsələlər müzakirəyə çıxarılaraq  mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı  şöbə  müdirlərinə, sektor  müdirlərinə, inzibati ərazi dairələri üzrə  nümayəndəliklərə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
           Xocavənd  Rayon  İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada  rayonunun iqtisadi, sosial-mədəni və digər yerli  əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2017-ci ilin birinci yarım ili   ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş  Şura  iclaslarında  18 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 23 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə  müzakirə edilərək  müvafiq  qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və  icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir.  Hesabat dövrü ərzində  Şuranın 1 səyyar iclası keçirilmişdir. 
Cari ilin hesabat dövrü ərzində zəruri informasiyaların toplanması və məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş hesab edilə bilər. Növbəti dövrdə də bu tendensiya davam etdiriləcək, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin səmərəli qurulması  üçün mütəmadi olaraq işlər aparılacaqdır.
Xocavənd yayonunun azərbaycanlı əhalisi 01 iyul 2017-ci il tarixə 3076 ailə olmaqla 12318 nəfərdir. Rayonumuzun ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 37 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd “, Qaradağlı ,“Yeni Tuğ”, “Xocavənd”, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində”  kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1261 ailə 4971 nəfər, Ağcabədi rayonu ərazisində 519 ailə 2148 nəfər, Sumqayıt şəhəri üzrə 122  ailə 499 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 878 ailə 3523 nəfər və Respublikanın digər şəhər və rayonlarında  296 ailə 1177 nəfərdir. Rayon əhalisinin 205 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.
2017-cı ilin ikinci  rübü ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 65 (2016-cı ilin ikinci rübü  ərzində 93), vəfat edən vətəndaşların sayı isə 27 (2016-cı ilin ikinci rübü  ərzində 29) nəfər olmuşdur. Əhalinin təbii artımı 38 nəfər təşkil edir.  İkinci rüb  ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 92 (2016-cı ilin ikinci rübü  ərzində 109 )  nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 95 (2016-cı ilin ikinci rübü  ərzində 59) nəfər təşkil etmiş, əhalinin miqrasiya artımı mənfi 3 nəfər olmuşdur. 2017-cı ilin ikinci rübü ərzində Xocavənd rayonu üzrə 16  (2016-cı ilin ikinci rübü  ərzində 19)  ailə arasında rəsmi nigah bağlanmış  və 1 (2016-cı ilin ikinci rübü ərzində 6)  nigahın  pozulması qeydə alınmışdır.
2017-ci ilin birinci yarısında rayon üzrə həqiqi  hərbi  xidmətə  çağırışın  mütəşəkkil  keçirilməsi  təmin  edilmişdir. 2017-ci ilin I yarımili  ərzində  rayon  üzrə  ümumilikdə  31  nəfər həqiqi  hərbi  xidmətə yola salınmışdır ( 2016-cı ilin I yarımili 30 nəfər). Vətəndaşlarla aparılan söhbətlərin  və  hüquqi izahatların nəticəsi olaraq rayonda  həqiqi hərbi xidmətdən yayınma halları olmamışdır.
Hesabat dövründə hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx, səmərəli  və  işgüzar  əlaqələrin yaranmasının  nəticəsində  rayonda davamlı olaraq ictimai-siyasi  sabitlik  qorunub  saxlanılmış,  cinayətlərin  bütün  təzahürləri  ilə mübarizədə  müsbət  nəticələr  əldə  olunmuşdur.  Xocavənd  Rayon  Polis Şöbəsinin şəxsi heyəti  birinci yarımil  ərzində də rayon ərazisində cinayətkarlıqla  mübarizə  və  ictimai təhlükəsizliyin  təmin  edilməsi sahəsində müvafiq işlər  görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını layiqincə yerinə yetirməsi nəticəsində  rayonun inzibati ərazisində  heç bir   cinayət  hadisəsi  qeydə  alınmamışdır  (2016-cı ilin I yarımili 2 cinayət  hadisəsi).
Hesabat  dövrü  ərzində azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq  rayonda azyaşlılar  arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Hesabat  dövründə Polis şöbəsinin  Qeydiyyat  Şəxsiyyət  Vəsiqəsi  Qrupu (QŞVQ) tərəfindən  520 nəfər  vətəndaşa  şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilmişdir. Onlardan,  152  nəfər  16  yaşa  çatmamış, 16  yaşın tamam olması ilə əlaqədar  88 nəfər,  25  yaşın tamam  olması ilə  əlaqədar   119  nəfər,  35  yaşın tamam olması  ilə  əlaqədar  93 nəfər,  50  yaşın  tamam  olması  ilə əlaqədar  68   nəfər  olmuşdur. 
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər hələ ki,bəzi nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun vətənpərvər, zəhmətkeş və əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda şanlı tariximizin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. 
            Xocavənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın  daha da  çiçəklənməsi və qüdrətlənməsi naminə fəaliyyətlərini davam etdirəcəklər. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini,həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.
 
 
 
 
 
 
 
 
 
 

 

Keçidlər