Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə edilib.

10 avqust 2017 | 16:00

       09 avqust 2017-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə qarşıya qoyulan tələblərə dair müşavirə keçirilmişdir. Müşavirədə bildirilmişdir ki, Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu siyasət ölkəmizin bütün regionlarında olduğu kimi, Xocavənd rayonunda da öz bəhrəsini verməkdədir. Qeyri-neft sektorunun, xüsusilə də ixrac potensialı böyük olan baramaçılığın, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş mühüm vəzifələr, eləcə də əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, torpaqlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər kənd təsərrüfatı sahəsinin daha da canlanmasına və inkişaf etməsinə səbəb olub, əhalinin torpağa bağlılığını artırıb.
     Rayon üzrə 01 iyul 2017-ci il tarixi vəziyyətinə 5500,0 hektar buğda sahəsindən 10812,6 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektara 19,7 sentner məhsul deməkdir. Həmçinin 127,0 hektar arpa sahəsindən hər hektara 18,0 sentner olmaqla, 228,0 ton məhsul əldə olunmuşdur. O cümlədən, 26,0 hektar kartof sahəsindən 299,0 ton məhsul əldə edilmiş, hər hektara 115,0 sentner, 139,0 hektar tərəvəz sahəsinin 13 hektarından 98,0 ton məhsul əldə olunmuş bu da hər hektara 75,3 sentner məhsul deməkdir.
     Gələcəkdə barama istehsalının artırılması məqsədilə bu ilin yazında rayonda 10 min tut tinginin əkilməsi təmin edilmişdir. Xüsusi qeyd edilməlidirki, əkilmiş bu tinglər cənab Prezidentin tapşırığı ilə Çin Xalq Respublikasından ölkəmizə idxal olunan tut tingləridir. Bu da gələcəkdə yem bazasının bərpa edilməsi nəticəsində rayonda barama istehsalının bir neçə dəfə artmasına səbəb olacaqdır. Qeyd etmək lazımdır ki, respublikamızda cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qəbul etdiyi  qərarlar, verilmiş tapşırıq və tövsiyələr sayəsində ölkəmizdə pambıqçılığın sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradılmışdır. Xocavənd rayonu üçün yeni olan pambıqçılığın inkişafı istiqamətində görülmüş müvafiq tədbirlər nəticəsində 2017-ci ildə 90 hektarda pambıq əkilməsi təmin edilmişdir.
     Müşavirədə vurğulanmışdır ki, Cənab Prezidentimiz İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Həyata keçirilən islahatlar, aqrar sektora dövlət dəstəyi, imzalanan fərman və sərəncamlar, qəbul edilən qanun və qərarlar kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur.

 

 

Keçidlər