"Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi Xocavənd qəsəbəsində uğurla davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması məqsədilə 2017-ci ilin fevral ayında Xocavənd rayonu üzrə 3-ü qadın olmaqla 10 nəfər sakinin hər birinə aktivlər ( inək , boğaz və düyə) mal paylanmışdır. Keçən müddət ərzində artıq paylanmış aktivlərdən 9 baş artım var. Özünəməşğulluğun təmin etmiş iştirakçlılara Rayon Məşğulluq İdarəsi tərəfindən hər ay özünə məşğulluğun müşahidəsi keçirilir. Verilmiş aktivlər normal şəraitdə saxlanılır, vaxtlı vaxtında profilkatik tədbirlər görülür, iştirakçılar tərəfindən biznes planına uyğun iş istiqaməti qurulur.
Qeyd edək ki, “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi aztəminatlı və işsizlikdən əziyyət çəkən insanlar tərəfindən böyük sevinclə qarşılanıb.