Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti "İnformasiya saatı" Rayon Mərkəzi Xəstəxanasında keçirilmişdir

18 avqust 2017 | 16:00

          18 avqust 2017-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasında "İnformasiya saatı" keçirilmişdir. Tədbirdə xəstəxananın həkim və tibb bacıları iştirak etmişdir.  “İnformasiya saatı”nda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirmişdir ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən  Ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalı yaşadılır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır.  Səhiyyə ilə bağlı mühüm  dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin  olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların  pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin fərmanları əsasında təsdiqlənən və uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bölgələrdə diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır
      Toplantıda çıxış edən  həkim Küşvər Qaraşova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının  səhiyyəyə  dövlət qayğısına bir daha əyani sübut olduğunu bildirdi . Qeyd etdi ki, pulsuz tibbi müayinə rayonumuzda çox  böyük ruh yüksəkliyi ilə icra olunur və bu aksiya  vətəndaşlar tərəfindən sevinc və minnətdarlıqla qarşılanır. Çünki aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır.

Keçidlər