Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində xeyli iş görülür

18 avqust 2017 | 16:00

       Heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti və gəlir mənbəyi kimi mühüm sosial əhəmiyyətli bir sahədir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə rayon Kənd Təsərrüfatı idarəsinin və rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin  birgə əhali arasında apardıqları marifləndirmə işləri öz bəhrəsini verməkdədir. Belə ki, rayon əhalisinin bəslədikləri iribuynuzlu heyvanlar arasında süni mayalama yolu ilə yüksək məhsuldalıqlı cins buzovlar əldə olunması heyvandarlıqda artıq  prioritet məsələdir.
      Dövlət büdcəsinin vəsaiti hesabına süni mayalama yolu ilə əldə olunan hər buzova görə 100 manat vəsaitin heyvan sahiblərinə ödənilməsi respublikada olduğu kimi rayonun mövcud təsərrüfatlarında bu işlərin  daha da sürətlənməsinə səbəb olmuşdur.

Keçidlər