4 nömrəli tam orta məktəbinin 3-cü sinfinə Vətən müharibəsi Şəhidi Tağıyev Elzamin Eyvaz oğlunun adının verilməsi tədbiri keçirilib.
22 yanvar 2025 | 09:07
22 yanvar 2025-ci il tarixdə Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin 3-cü sinfinə Vətən müharibəsi Şəhidi, Şuşa Fatehi Tağıyev Elzamin Eyvaz oğlunun adının verilməsi tədbiri keçirilib.
Şagirdlər üçün Yapon səfirliyi tərəfindən tikilən yeni binada təşkil olunan tədbir ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlamış daha sonra Şəhid Elzamin haqqında hazırlanmış qısa videoçarx təqdim olunmuşdur. Tədbirdə Şəhidlərin adlarının siniflərə verilməsi ənənəsinin mahiyyəti və vacibliyi dilə gətirilmiş, şagirdlərə vətənpərvərlik hissini aşılamaq, Şəhidlərimizin daim yad edilməsinin hər bir azərbaycanlının ən ümdə vəzifəsi olduğu bildirilmişdir.
Şəhid Elzaminin adını daşıyan sinfin şagirdləri tərəfindən hazırlanan "Elimizin zəfər zamini-Elzamin!" adlı qısa səhnəcik təqdim olunmuşdur. Yekunda Şəhidin valideyinləri çıxış edərək öz hislərini şagirdlərlə və məktəb kollektivi ilə bölüşərək bu təşəbbüsü yüksək qiymətləndirdiklərini bildirərək həmin sinifə Şəhid Elzaminin şəkillərindən ibarət xatirə fotosu hədiyyə verilmişdir.