Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

07 sentyabr 2017 | 16:00

     7 sentyabr 2017-ci il tarixdə Rayon Mədəniyyət evində  Xocavənd rayon  müəllimlərinin  ənənəvi  sentyabr  konfransı  keçirilib.Tədbirdə Rayon İcra Hakimiyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Asif  Hacıyev,  müəllimlər, rayon ictimaiyyətinin  nümayəndələri və ziyalılar iştirak edirdilər. Tədbiri  giriş sözü  ilə açan  Rayon Təhsil Şöbəsinin  müdiri  Ümidvar Məmmədov  öncə qonaqları, rayon  ziyalılarını  salamladı  və geniş məruzə ilə çıxış edərək ölkəmizdə təhsil sahəsində görülən işlərdən, Xocavənd Rayon Təhsil Şöbəsi tərəfindən  2016-2017-cı tədris ilində  əldə olunmuş  nailiyyətlərdən, eyni zamanda ötən  tədris ilində yol verilmiş nöqsanlardan söhbət açdı. 
Konfransda bildirdi ki, hazırda məcburi köçkün şəraitində Xocavənd Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəbləri Respublikamızın 5 rayon və şəhərində fəaliyyətini davam etdirir. Fəaliyyətdə olan 17 ümumtəhsil məktəlbərindən 11-i tam orta, 2-si ümumi orta və 4-ü isə ibtidai məktəblərdir. 2016-2017-ci tədris ilində 2052 şagirdin təlim tərbiyəsi ilə 344 pedaqoji işçi məşğul olmuşdur. Cari tədris ilində şagirdlərimiz müxtəlif müsabiqəə və olimpiyadaların qalibi olmuşdur. 11 mart 2017-ci ildə keçirilmiş Respublika fənn olimpiadalarının yarımfinal turunda Xocavənd rayon 2 saylı tam orta məktəbin  IX  sinif şagirdi Vəliyeva Aytən İslam qızı Azərbaycan  dili fənnindən Respublika turuna vəsiqə qazanmışdır. 16 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.02.2017-ci il tarixli 119 saylı əmrinə əsasən Azərbaycan  xalqının dahi oğlu, müdrik siyasətçi, Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar  “Ən yaxşı təqdimat” müsabiqəsində Salakətin kənd tam orta məktəbinin X sinif şagirdi Şirinova Xədicə Elburus qızı I yer tutaraq Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif edilmişdir. Xocavənd rayon 2 saylı tam orta məktəbin IX sinif şagirdi Vəliyeva Aytən İslam qızı Respublika üzrə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsində qalib olduğuna görə 02 iyun 2017-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərmanla” mükafatlandırılmışdır.

        2016-2017-ci tədris ilində IX sinif üzrə 151 şagird, XI sinif üzrə isə 97 şagird buraxılış  imtahanında iştirak etmişdir. İmtahanların nəticəsinin  müqayisəsi göstərir ki, IX sinif üzrə 2014-2015 ci tədris ilində mənimsəmə 46%, 2015-2016 cı tədris ilində 60% olmuşdusa , 2016-2017-ci tədris ilində  bu rəqəm 79% olmuşdur. XI  sinif üzrə 2014-2015- tədris ilində mənimsəmə 59%, 2015-2016-cı tədris ilində 65% , 2016-2017 ci tədris ilində isə 82% olmuşdur.  Sevindirici haldır ki, bu il yenə də Xocavənd rayon 2 saylı tam orta məktəbinin şagirdləri yüksək nəticə göstərmişlər. Belə ki, həmin məktəbdə  IX və XI sinfin buraxılış imtahalarında  mənimsəmə 100% olmuş, eyni zamanda  XI sinfi bitirən bütün məzunlar  ali məktəbə daxil olmuşlar.
Rayon üzrə cari ildə  XI sinfi bitirən 97 məzundan 39 nəfəri ali məktəblərə qəbul olmuşlar. 11 nəfər məzun 400-dən yuxarı , 6 nəfəri isə 500-dən yuxarı, 3 nəfər 600-dən yuxarı bal toplamışdır.
      Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Asif Hacıyev tədbir iştirakçılarını salamladı və Təhsil Nazirliyinin gələcək fəaliyyəti barədə tədbir iştirakçılarına maraqlı məlumatlar çatdırdı.
      Rayon İcra Hakimiyətinin başçısı Eyvaz  Hüseynov  qonaqları  və  müəllimləri salamlayaraq onlara xoş ürək sözlərini çatdırdı.  Rayon məktəbləri məzunlarının 2016-2017-ci tədris ilində qazandıqları nailiyyətləri yüksək qiymətləndirən  başçı  tələbə  adını  qazanmış şagirdləri təbrik etdi,  onlara gələcək fəaliyyətlərində  uğurlar arzuladı.  Natiq  ənənəvi olaraq hər il Xocavənd 2 saylı tam orta məktəbinin  məzunlarının həm buraxılış imtahanlarında, həm də ali məktəbə qəbul imtahanlarında yüksək nəticə  göstərməsindən məmnunluğunu ifadə etdi və məktəbin kollektivini bu münasibətlə təbrik etdi.   Daha sonra  Eyvaz  Hüseynov rayon orta ümumtəhsil məktəblərində  mövcud  nöqsanlardan söz açaraq qeyd edilən çatışmazlıqların qısa zaman ərzində aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırılarını verdi.
         Sonda  2016-2017-cı tədris ili ərzində  müəllimlərin diaqnostik  qiymətləndirilməsində yüksək nəticə göstərən müəllimlər, Xocavənd 2 saylı tam orta məktəbinin qabaqcıl müəllimləri Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif edildi, eyni zamanda Respublika səviyyəli yarışlarda yüksək nəticə göstərmiş şahmatçılara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr, yüksək bal toplamış məzunlara  isə pul mükafatı təqdim olundu.

 

 

 

Keçidlər