Rayon ümumtəhsil müəssisələrində "Bilik Günü" ilə bağlı tədbir keçirilmişdir
15 sentyabr 2017-cı il tarixdə Xocavənd rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” münasibətilə tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışlmış, ölkə prezidenti cənab İlham Əliyevin və I Vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını daim diqqət mərkəzində saxladığı xüsusilə vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, 2017-2018-ci tədris ili hər kəsin yaddaşına Cocuq Mərcanlıda 24 il sonra məktəbin yenidən fəaliyyətə başlaması kimi əlamətdar bir hadisə ilə həkk olunacaq. Təsadüfi deyil ki, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bu gün bütün ümumtəhsil müəssisələrində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuşdur.