Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına həsr olunmuş “İnformasiya saatı” keçirilmişdir.

20 sentyabr 2017 | 16:00

        20 sentyabr 2017-ci il tarixdə rayon Təhsil Şöbəsinin akt zalında  gənclərin iştirakı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına həsr olunmuş “İnformasiya saatı” keçirilmişdir.
Öncə İcra Hakimiyyətinin baş məsləhətçisi Məmləkət İbrahimova “Dövlət Proqramı”nın məqsəd və vəzifələri, əsas hədəflər barədə geniş məruzə ilə çıxış etdi.   Daha sonra çıxış edən  Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirdi  ki,  “Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı qarşıdakı illərdə Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır. Bu proqram gəncləri müasir dünyanın tələblərinə uyğun formada qlobal bir insan kimi yetişdirməyi hədəfləməklə yanaşı, həm də onların milli-mənəvi dəyərlər, milli dövlətçilik ruhunda formalaşmasını da qarşıya məqsəd kimi qoyub. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, elmi-mədəni inkişafı, beynəlxalq əməkdaşlıq məsələləri, yaradıcı gənclərin ideyalarının dəstəklənməsi, gənclərin sahibkarlıq təşəbbüslərinə diqqət ayrılması, gənclər təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi kimi bir sıra mühüm istiqamətlər Dövlət Proqramının ana xəttini təşkil edir. Əminəm ki, gənclərimiz bu Proqramın yaradacağı imkanlardan faydalanaraq ölkəmizdə reallaşdırılan inkişaf siyasətinə öz töhfələrini verəcəklər.
     Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev  bildirdi  ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi Azərbaycan Prezidentinin ölkə gəncliyinə daha bir hədiyyəsi olmaqla yanaşı, eyni zamanda dövlətimizin reallaşdırdığı gənclər siyasətinin məntiqi davamıdır. Gənclərlə bağlı bundan əvvəl qəbul edilən dövlət proqramları da Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynamaqla, onların müasir bir gənc kimi formalaşmasına dəstək vermişdi. Bu proqram da  gənclərimizin yeni dövrün çağırışlarına adekvat formada inkişafını hədəfləməklə yanaşı, həm də gənclər qarşısında bir sıra mühüm vəzifələr də müəyyən etməkdədir.
      Sonra tədbir gənclərin  mövzu ətrafında müzakirələri ilə davam etdi.

Keçidlər