Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

30 sentyabr 2017 | 16:00

      30 sentyabr 2017-ci il tarixdə   Xocavənd qəsəbəsində  Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin  abidəsi önünə çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.  Tədbirdə bildirilib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə də prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən qanunvericilik islahatları nəticəsində respublikada qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunduğu vətəndaş cəmiyyəti yaradılıb, Azərbaycan dünyanın ən sabit ölkələrindən birinə çevrilib.

Keçidlər