Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin ön xətdə yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşü keçirildi

23 oktyabr 2017 | 16:00

      21 oktyabr 2017-ci il tarixdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin ön xətdə yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşü keçirildi. Xocavənd Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi və“N” saylı hərbi hissə ilə birgə təşkil etdiyi görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını əsas götürərək gəncləri ordu sıralarında xidmətə hazırlamaq, onlara vətənpərvərlik hissləri aşılamaq, əsgərlərin mənəvi-psixoloji durumunu yüksəltmək, eləcə də asudə vaxtının səmərəli və mənalı keçirilməsini təmin etmək olmuşdur. Tədbirdə ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini qorumaq yolunda şərəfli addımlar atan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması, dövlətin ordu quruculuğu ilə bağlı gördüyü işlər, gənclərin vətənpərvər ruhda tərbiyələndirilməsinin vacibliyi barədə çıxışlar səsləndirildi, ayrı-ayrı şagirdlərin, əsgər və zabitlərin fikirləri dinlənildi. Daha sonra gənclər hərbi hissənin ərazisi, əsgər yataqxanası, idman şəhərciyi, əsgər yeməkxanası, tibb məntəqəsi, hamam çamaşırxana kombinatı ilə taniş oldular, əsgərlərlə birgə nahar etdilər.
         Xocavənd Rayon Mədəniyyət evinin musiqi ansamblının hazırladıqları əyləncəli proqramlar, istedadalı gənclərin şeir və mahnı ifaları ilə zəngin olan tədbirdə 237 nəfər iştirak etmişdir.

Keçidlər