Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikası səfirliyinin təşkilatçılığı ilə pulsuz tibbi müayinə və müalicə layihəsi həyata keçirilir

26 oktyabr 2017 | 16:00

         Xocavəndli məcburi köçkünlər arasında Cənubi Koreya Respublikası səfirliyinin təşkilatçılığı ilə pulsuz tibbi müayinə və müalicə layihəsi həyata keçirilir. İki gün davam edəcək tibbi aksiya zamanı məcburi köçkünlər “Jaseng Şərq Təbabəti” Klinikasının həkimləri tərəfindən spinal disk, degenerativ disk, stenoz, spondildistez, boyun diski, diz degenerativ artriti, kürək, çənə oynağı və sair xəstəliklər üzrə müayinə və müalicə olunacaqlar.
           25 oktyabr 2017-ci il tarixdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Cənab Kim Çanq Gyu və Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Mərkəzi Xəstəxanada tibbi müayinənin gedişi ilə tanış olmuş, sonra Mərkəzi Xəstəxana önündə rayon ictimaiyyətinin nümayəndələri ilə gorüş keçirilmişdir.

 

 

 

 
 
Keçidlər