Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və və ailəsi Xocavənd rayon Salakətin kənd tam orta məktəbində olmuşdur

26 oktyabr 2017 | 16:00

          25 oktyabr 2017-ci il tarixdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və ailəsi Salakətin kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşmüşlər. X sinfin şagirdləri  görüş zamanı  Koreya  və Azərbaycanın  tarixi, mədəniyyəti barədə geniş məlumat vermişlər.  
        Səfir Azərbaycan Cənubi Koreya respublikaları arasındakı dostluq  münasibətlərindən , ölkəmizdə gedən inkişafdan söhbət açmışdır.  Azərbaycanın yüksək nailiyyətlər əldə etməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi qeyd edən səfir Kim Çanq-gyu qazanılan uğurların  Prezident İlham Əliyevin düşünülmüş siyasətinin  nəticəsi olduğunu da vurğuldı  və Azərbaycan xalqına böyük ehtiramını ifadə etdi. O, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi. Məktəb rəhbərliyinə qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir  şagirdlərə öz tövsiyələrini verdi  və uğurlar arzuladı.

 

Keçidlər