“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları ilə görüş keçirilmişdir
10 noyabr 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Xocavənd rayonundan olan iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri iştirakı etmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ölkəmizi tanıyaq” tur-aksiyası haqında geniş məlumat verərək bildirdi ki, 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilir, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 13 min 648 məktəbli iştirak etmişdir, cari ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı, bununla da, iştirakçıların sayının 17 minə çatması gözlənilir. Xocavənd rayonundan isə 76 uşaq bu aksiyanın iştirakçısı olmuşdur.
Eyvaz Hüseynov Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında da geniş məlumat verərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqdisadiyyatı artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Bu il neft-qaz sektorunda baş vermiş çox əlamətdar hadisə “Əsrin kontraktı”nın uzadılması və “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanmasıdır. “Şahdəniz-2”, qazımızı Gürcüstana qədər çatdıran Cənubi Qafqaz kəməri, TANAP və TAP layihələrinin uğurlu icrası təmin edilir. Eyni zamanda daha bir tarixi layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun bu yaxınlarda rəsmi açılışı oldu ki, bu da çox mühüm, əlamətdar hadisədir. Sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ötən dövrdə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər. Başçı eyni zamanda qeyd etmişdir ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu il də qaçqın və məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələrin salınması davam etdirilmişdir. Ancaq onların arasında bu il açılmış Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi bərpa edildi və orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Cocuq Mərcanlıdan olan ailələr oraya qayıdır. Açılışda iştirak edən cənab Prezidentin növbəti Sərəncamına uyğun olaraq növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi davam etdirilir.
Birinci vitse- prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinənə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısı haqqında da söhbət açan başçı bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin tarix müəllimi Telli Alıyeva vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır. Bu aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsində, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdan biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Valideynlər və şagirdlər də yaradılan şəraitə görə Cənab Prezidentə öz minnətdarlıqlarını bildirmişlər.