Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda tədbir keçirilib.

13 noyabr 2017 | 16:00

     13 noyabr 2017-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları Ulu öndərin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı abidəsi önünə tər gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsin yad etmişlər. Rayon Mədəniyyət evində davam edən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       Tədbiri giriş sözü ilə açan YAP Xocavənd Rayon Təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.
          Xocavənd rayon ilk partıya təşkilatının üzvü, uzun müdət rayon təşkilatının sədri olmuş Vaqif Əsgərov, YAP Qadınlar Şurasının üzvü Gültəkin Ağayeva, Rayon Təşkilatının mələhətçisi, Gənclər Birliyinin sədri Vüsal Hüseynov, Gənclər birliyi idarə heyətinin üzvü Məmləkət İbrahimova ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər. Bildirilib ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. YAP-ın cəmiyyətin yeganə seçimi olmasını Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzu da şərtləndirir və bütün bunlar da belə deməyə əsas verir ki, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi milli mənafelərin istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var . Sonda Yap Xocavənd Rayon Təşkilatının ilk partiya təşkilatının üzvləri Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunmuşlar.

 

Keçidlər