Xocavənd qəsəbəsində 2000 tut tingi əkilib
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 2000 tut tingi əkilib. İpəkqurdu üçün yem bazasının yaradılması məqsədilə əkilən tinglər suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Ting əkinində fəal iştirak edən xocavəndli məcburi köçkünlər kənd təsərrüfatının gəlir gətirən sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə əhalinin rifahının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildiriblər. Yaxın günlərdə Xocavənd qəsəbəsi ərazisində əlavə olaraq 3500 tut tinginin də əkilməsi nəzərdə tutulur. Qeyd edək ki, ötən ilin payızında xocavəndli məcburi köçkünlər tərəfindən Beyləqan rayonu ərazisində 10 min tut tingi əkilib.