Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində qanvermə aksiyası keçirilmişdir

06 dekabr 2017 | 16:00

      05 dekabr 2017-ci il tarixdə Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti, Mərkəzi Rayon xəstəxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon sakinləri həvəslə iştirak etmişlər.

Keçidlər