Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gənclərinin iştirakı ilə keçirilən 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “20 Yanvar: Şərəf Tariximiz” başlığı altında dəyirmi masa haqqında

20 yanvar 2013 | 16:00

19 yanvar 2013-ci il tarixdə “Xocavənd” qəsəbəsində yerləşən Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında rayon gənclərinin iştirakı ilə 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “20 Yanvar: Şərəf Tariximiz” başlığı altında dəyirmi masa keçirildi. Xocavənd Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və bir sıra idarə müəssisə və təşkilatların əməkdaşlarının da qatıldığı tədbirdə Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi yad olundu, müstəqilliyimiz uğrunda mübarizə tariximiz, ölkəmizin yaxın keçmişi ilə bağlı bir sıra məqamlar barədə gənclərin ətraflı məlumatlandırılması ilə bağlı müxtəlif çıxışlar səsləndirildi, ayrı-ayrı gənclərin fikirləri dinlənildi. Tədbirdə 87 nəfər iştirak etmişdir.

Keçidlər