“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni təqvim ilinin başlanması münasibətilə N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.
31 dekabr 2017-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bayram münasibətilə əsgər və zabitləri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Başçı Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin Prezident Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirildiyini və hazırda beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, eyni zamanda Ermənistan silahlı qüvvələrinin nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu bir daha vurğulamışdır. Sonda əsgərlərə bayram sovqatı paylanmış və konsert proqramı təqdim olunmuşdur.