30 dekabr 2017-ci il tarixdə N saylı hərbi hissədə "Açıq qapı" günündə Yeni il şənliyi keçirilmişdir.
30 dekabr 2017-ci il tarixdə N saylı hərbi hissədə "Açıq qapı" günündə Yeni il şənliyi keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, veteranlar, ziyalılar və rayon ictimaiyyəti nümayəndələri də iştirak etmişdir. Qonaqlar hərbi hissədə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olmuş, inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkmişlər. Əsgər və zabitlər qarşısında çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara və yüksək kadr potensialına malik ordusuna çevrilib. Başçı Azərbaycan ordusunun hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha əminliklə qeyd etmişdir.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirmiş, silahlı qüvvələrimizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Hərbi hissədə incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı təqdim edilmişdir.